• Per. Eyl 21st, 2023

Azərbaycan alimi Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş  medalı ilə təltif olunub

Bydendrologiya.az

Eyl 18, 2023

<?php echo do_shortcode(‘

AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Sankt-Peterburq, Rusiya Elmlər Akademiyası V.L. Komarov adına Botanika İnstitutunda keçirilən MDB ölkələrinin Nəbatat Bağlarının 6-cı Konqresində iştirak edib .
Konqresin məqsəd və vəzifələri Rusiya Nəbatat Bağının fəaliyyətinin koordinasiyasını, elmi və təhsil tərəfdaşlığını qorumaq və birgə tədqiqatların uzunmüddətli ənənələrini qorumaq olub. Konqresdə 8 ölkədən (Rusiya, Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan), həmçinin Bolqarıstan və Abxaziyadan 40-dan çox iştirakçı iştirak edib.
Konqres iştirakçıları müasir mərhələdə botanika bağlarının və İnstitutlarının fəaliyyətinin aktual problemlərini, o cümlədən fundamental elmi tədqiqatların əsas istiqamətlərini müzakirə ediblər. Təbiət abidələrinin və nadir və nəsli kəsilməkdə olan bitki növlərinin genofondunun mühafizəsində, o cümlədən fitoinvaziyaların öyrənilməsi və yayılmasının qarşısının alınmasında botanika bağlarının roluna toxunulub. Botanika elmi-tədqiqat mərkəzlərinin beynəlxalq şəbəkəsinin inkişafı məsələlərinə baxılıb, sərhədyanı rayonların florasının birgə öyrənilməsi layihələri müzakirə edilib.
Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosnet Minarə Həsənova “XXI əsrdə botanika bağlarında işlənmiş botanikanın fundamental və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi Konqresdə Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş medalı ilə təltif olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir