6-8 sentyabr 2023 cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun, AMEA-nın və Türkiyənin Erzurum Texnik Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik – SEAB 2023” VI beynəlxalq simpozium keçirilib.