<?php echo do_shortcode(‘
‘); ?>12-15.09.2023 cü il tarixilərində AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova Sankt-Peterburq, Rusiya Elmlər Akademiyası V.L. Komarov adına Botanika İnstitutunda keçirilən MDB ölkələrinin Nəbatat Bağlarının 6-cı Konqresində iştirak edir . Konqresdə Dendrologiya İnstitutunun 2022 – ci il üzrə yekun hesabatını təqdim edib. Alim Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş “XXI-ci əsrdə botanika bağlarında fundamental və tətbiqi problemlər” adlı Beynəlxalq Elmi Konfransda isə “Azərbaycanın təbiət qoruqlarına iqlim dəyişikliyinin təsirinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edir.
Konqres Rusiya Elmlər Akademiyası, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyaları yanında (IAAS) MDB ölkələrinin Nəbatat Bağları Şurası, Rusiya, Belarusiya, Qazaxıstan Nəbatat Bağları Şuralarının təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasında (IAAS) MDB ölkələrinin Botanika Bağlarının üzvüdür. Müxtəlif ölkələrin 100-dən çox botanika bağı ilə əməkdaşlıq edir.