Dendrologiya İnstitutu əməkdaşının məqaləsi Web of Science impact faktorulu jurnalda işıq üzü görüb.
AR ETN Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri, prof.dr. Ramazan Məmmədovun “Crocus cancellatus subsp lycuis.-nin metanol ekstraktlarının ümumi fenolik və flavonoid tərkibi, antioksidant, toksiklik və antihelmintik fəaliyyətləri üzrə tədqiqat” adlı məqaləsi “Celal Bayar University Journal of Science” jurnalının XIX sayının I nömrəsində işıq üzü görüb. Bu tədqiqat Crocus cancellatus subsp.lycuis metanol ekstraktlarının ümumi fenolik və flavonoid tərkibini və bəzi bioloji xüsusiyyətlərini (antioksidant, toksiklik və antihelmintik) qiymətləndirmək üçün planlaşdırılıb. İlk dəfə Muğla vilayətindən (Türkiyə) lycuis. yerüstü hissəsinin ekstraktının ümumi fenolik (2,08±0,06 mq GAE/q) və ümumi flavonoid (3,63±0,09 mq QE/q) tərkibi yumru ekstraktı ilə müqayisədə yüksək olmuşdur. Yerüstü hissəsinin ekstraktı (IC50 dəyəri: 0,86±0,03 mq/mL, IC50 dəyəri: 0,26±0,003 mq/mL, 0,77±0,007 mq TE/q və 5,92±0,30 mq TE/g, müvafiq olaraq) ekstraktların antioksidant fəaliyyətini araşdırmaq üçün aparılan qısaca DPPH, ABTS, FRAP və CUPRAC kimi adlandırılan analizlərdə yumru hissələri ekstraktı ilə müqayisədə daha yüksək aktivlik nümayiş etdirdiyi müəyyən edilmişdir. Hər iki ekstraktın duzlu krevetlər üzərində təsirli olduğu və antihelmintik aktivliyə malik olduğu müşahidə edilmişdir. Bu nəticələrə görə, Crocus cancellatus subsp. lycuis əczaçılıq və qida sənayesi üçün yaxşı mənbə kimi diqqəti cəlb edə bilər. C.cancellatus subsp. lycuis yeraltı və yerüstü ekstraktlarının antioksidant, xərçəng xəstəliyinə qarşı, antihelmintlərə, qara milçək və ağcaqanad sürfələrinə qarşı təsirə malik olduğu təcrübələr vasitəsilə müəyyənləşdirilmişdir. Bu takson Crocus cinsinin digər növləri kimi çox dəyərli xüsusiyyətlərə sahib olduğu üçün farmokoloji məqsədlərdə istifadə edilə bilir.