AR ETN Dendrologiya İnstitutu “Bəzək memarlığı” laboratoriyasının müdiri, b.ü.f.d., dosent Gülməmmədova Şəlalə tərəfindən may ayının II ongünlüyündə Sabir Bağının ərazisinə ekspedisiyaya təşkil edilərək orada müşahidələr aparılmış, yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 52 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilmiş, bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafinda kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları öyrənilmiş, fotoşəkilləri çəkilmişdir.
Aparılan elmi-tədqiqat işinin nəticəsində məlum olmuşdur ki, Sabir Bağının ərazisində taksonomik tərkibi öyrənilən 52 növə aid dekorativ ağac, kol və ot bitkiləri Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.