23 may 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans və Azərbaycan Respublikası “Qırmızı kitab”ının yeni nəşrinin təqdimatı keçirilir. Təqdimatın açılış mərasimində AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan video çarx nümayiş olunub.