• Cum. Mar 29th, 2024

Dendrologiya İnstitutunun əməkdaşı forumda iştirak edib

Bydendrologiya.az

May 20, 2023

 

16-19 may 2023-cü il tarixlərində Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib. Azərbaycan Respublikasının  Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun aparıcı elmi işçisi biologiya elmləri üzrə fəlsəfə doktoru Salahova Elnarə Xanhüseyn qızı Mingəçevir şəhərində keçirilən forumda aktiv şəkildə iştirak edib.Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Hacıyeva İndira Niyazi qızı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirininin müavini Qurbanov Firudin İsa oğlu, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirininin müavini Moqilevsky Konstantin İliç,  Azərbaycan Texnologiya Universitetinin rektoru Ömərov Yaşar Adil oğlu, Şimali-Qafqaz Federal Universitetinin rektoru Bespalov Dmitriy Nikolaeviç, Azərbaycan Gənclər Fondunun Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri  Hüseynov Seymur Elşad oğlu, Mingəçevir şəhərinin icra başçısı İsmayılov İlham Mehdixan oğlu, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) bir qrup gənc tədqiqatçıları iştirak ediblər.