• Per. Mar 28th, 2024

Dendrologiya İnstitutunda ailə günü ilə əlaqədar tədbir keçirilib

Bydendrologiya.az

May 19, 2023

 

Zoom platforması üzərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya, Dendrologiya İnstitutları və Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Qadınlar şuralarının birgə təşkilatçılığı ilə Beynəlxalq ailə günü münasibətilə “Müasir ailə, elm və təhsil” mövzusunda  onlayn formada tədbir keçirilmişdir. İclası giriş nitqi ilə açan AR Elm Təhsil Nazirliyi Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Azərbaycan ailəsinin  öz növbəsində möhkəmliyini, sağlamlığı, uzunömürlülüyü ilə dünya ailə modelləri arasında seçildiyini, uzun tarixi inkişaf yolu keçmiş, zamanın sınaqlarından süzülərək hər zaman öz fərqliliyini və üstünlüyünü qoruyan Azərbaycan ailəsinin gələcək nəsillərə bir ərmağan olduğunu, ailədə yaşadılan adət- ənənələrimizin, milli dəyərlərimizin hər bir azərbaycanlı üçün dəyişilməz bir qüvvə olduğunu söyləmişdir.  Daha sonra ARETN Dendrologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədova “Ailə münasibətlərinin formalaşmasında elm və təhsilin rolu” adlı məruzəsini çıxış etmişdir.AMEA Qafqazşünaslıq İnstitutunun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova Ailədaxili münaqişələrin uşaqlarda yaratdığı psixoloji problemlər”, ARETN Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova “Elmdə qadın: ailədən gələn motivasiya və ailə dəstəyinin rolu,”ARETN Dendrologiya İnstitutunun aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Dilrubə ƏliyevaSağlam ailə, sağlam gələcək”, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işçisi Günel Qurbanova Heydər Əliyev və Azərbaycanın təhsil sistemində gender siyasəti.”, ARETN Zoologiya İnstitutunun elmi işçisi Aynur Hacıağayeva Azərbaycan qadınının elm və təhsildə üzləşdiyi problemlər və müasir ailənin qurulmasında qadının rolu”, ARETN Denrologiya İnstitutun laborotoriya müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmədova “Ailənin formalaşmasında genetik amillərin rolu”, GAMŞ sədri elmi işçi Qədirova Nuray “Sağlam ailə dövlətin qurucusudur” mövzsunda təqdimatlarla çıxış ediblər.