• Pts. Ara 4th, 2023

Dendrologiya  İnstitutunda Novruz bayramı qeyd olunub

Bydendrologiya.az

Mar 17, 2023

<?php echo do_shortcode(‘

‘); ?>

17 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatının Novruz bayramına həsr olunmuş  iclas keçirilib.Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova  bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə kollektivi təbrik etdi. Xalqımızın milli-mənəvi  dəyərlərə önəm verməsi baxımından Novruz bayramının  qeyd olunmasının əhəmiyyətini vurğuladı. O, çıxışında Novruzu xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram kimi səciyyələndirib.

Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva insanların arzu və ümidlərini, niyyətlərini təcəssüm etdirən Novruz bayramı münasibətilə institutun bütün əməkdaşlarını təbrik edib, onlara xoş günlər arzulayıb. O, tarixi çox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu bildirib.

Tədbirin sonunda İnstitutun Həmkarlar Təşkilatı tərəfindən  əməkdaşlara bayram sovqatı paylanıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir