• Pts. Ara 4th, 2023

Dendrologiya İnstitutu elmi nailiyyətlər sərgisində iştirak edib

Bydendrologiya.az

Mar 16, 2023

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.
Sonra elmi nailiyyətlər sərgisinə baxış olub.
Yığıncaqda Dendrologiya İnstitutu da öz elmi nəticələri ilə fəal iştirak edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir