• Cum. Mar 24th, 2023

“Hacı Zeynalabdin Tağıyevin milli miqyası” – “Novruz mühazirələri”

Bydendrologiya.az

Mar 16, 2023

Martın 16-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Bakı şəhəri H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə keçiriləcək “Novruz mühazirəsi”ndə tarix elmləri doktoru, dosent Fərhad Cabbarov çıxış edəcək.

Mühazirə “Hacı Zeynalabdin Tağıyevin milli miqyası” mövzusuna həsr olunacaq. Fərhad Cabbarov mühazirədə “H.Z.Tağıyevi zənginliyə aparan yol: təsadüf, yoxsa gərgin zəhmətin nəticəsi?”, “H.Z.Tağıyev milli sahibkarlığın təməlində duranlardan biri kimi”, “Milli təhsilimizin inkişafında Tağıyev nümunəsi”, “Tağıyevin qızlar məktəbi – xeyriyyəçinin şah əsəri” mövzularında söhbət açacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi “Novruz mühazirələri”ni 2016-cı ildən etibarən keçirir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir