• Paz. Mar 26th, 2023

Dendrologiya İnstitutunda 2 Fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Bydendrologiya.az

Şub 1, 2023

AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda  2 fevral Gənclər günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan, Dendrologiya İnstitunun baş direktor vəzifəsini icra edən b.ü.f.d,dosent, Minarə Həsənova  qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında 2 Fevral – Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra İnstitutun HİK- sədri Tünzalə Zeyvəliyeva, GAMŞ- sədri Leyla Atayeva çıxış edib. Vurğulanıb ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlandığı vurğulanıb.

Tədbirin sonunda xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalamağa vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atamağı arzulayaraq, gənclərə Fəxri Fərman və Təşəkkürnamələr təqdim olunub.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir