• Cum. Şub 3rd, 2023

“Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda seminar keçirilib

Bydendrologiya.az

Oca 17, 2023

<?php echo do_shortcode(‘

‘); ?>

 

Yanvarın 17-də  Azərbaycan Respubliksı Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin  “Heydər Əliyev” ili olması ilə əlaqədar olaraq, “Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda  seminar təşkil olunub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş nitqi ilə açan AR Elm Təhsil Nazirliyinin Dendrologiya İnstitutu baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Azərbaycanın elminin inkişafında Ulu öndər Heydər Əliyevin rolundan  Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılmasından bəhs edərək, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində  həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir tarix epoxasını yaratmağa nail olduğunu vurğulayıb. Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul edib, itirilən pozisiyalar üçün diplomatik sahədə uğurlu addımlar atıb, ordu quruculuğuna xüsusi diqqət göstərib. Məhz Heydər Əliyev üçün önəmli olan bu məsələ Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsində öz həllini tapdığını qeyd edib.

Daha sonra Gənc Alim və mütəxəssilər şurasının sədri Leyla Əliyeva “Mərkəzləşdirilmiş ekspremental” laboratoriyasının müdiri b.ü.f.d Afiq Qazıyev, “Landşaft memarlığı laboratoriyasının” müdiri b.ü.f.d, Şəlalə Gülməmmədova, böyük elmi işçi Elnarə Salahova çıxış ediblər.

Elm və təhsilin inkişafında Heydər Əliyevin misilsiz töhfələrindən söz açan əməkdaşlar Ulu Öndərin dövlət-elm-istehsalat zəncirinin əsasını qoyduğunu, bununla da ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdiyini, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıblar.  Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəb olduğunu, Ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildiyi qeyd edilib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir