AR ETN Dendrologiya İnstitutunun “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri Rəşad Xəlilov tərəfindən Odlar Yurdu Universitetində “Web of Science elm adamlarına niyə lazımdır?” mövzusunda seminar keçirilib. Odlar Yurdu Universitetində “Web of Science elm adamlarına niyə lazımdır?” mövzusundakı seminarda Odlar Yurdu Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Natiq Clarivate Analytics bazasında yer alan dünyanın ən böyük elmi-tədqiqat platforması olan “Web of Science” istifadə qaydaları haqqında seminar iştirakçılarını geniş məlumatlandırılıb.
“Web of Science” bazası 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunur və bu platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirir. “Web of Science”də indekslənən jurnallar dünyanın elm ictimaiyyətində yüksək status və təsir gücünə malikdir.
Məruzəçi tərəfindən təqdim olunan video formatda çıxışda OYU əməkdaşlarının “Web of Science” bazasından istifadəsini asanlaşdırmaq üçün məlumatlar yer almışdır. Seminarda iştrakçılara bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadəsi və s. haqqında məlumatlar verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılmış, məruzəçiyə ünvanlanan suallar cavablandırılıb.