• Per. Mar 28th, 2024

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür

Bydendrologiya.az

Şub 14, 2020

Fevralın 14-ü dünyada Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. 2012-ci ildən qeyd edilən bu gün ABŞ-ın tanınmış “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmasını istəyən oğlu verib.

2013-cü ildə Cənubi Afrika, Braziliya, Sinqapur, İngiltərə, Hindistan, Yeni Zellandiya kimi ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab bağışlama günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral tarixi Beynəlxalq Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb.

Hazırda bu təşəbbüs bütün dünyada dəstək qazanır və yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün populyarlaşmasında tanınmış müəlliflər, blogerlər və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Son illər Azərbaycanda da Beynəlxalq Kitab Bağışlama Günü bir sıra tədbirlərlə qeyd edilir. AMEA-da müntəzəm olaraq bu gün münasibətilə mütaliəni təbliğ etmək üçün aksiyalar keçirilir, kitablar hədiyyə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.