C vitamini metabolik sindromun qarşısını almağa kömək edir


Metabolik sindrom ürək xəstəliklərinin, vuruş və diabet kimi həyat üçün təhlükəli xəstəliklərin yaranma riskini artırır.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, araşdırmalara görə C vitamininin çatışmazlığı metabolik sindromla bağlıdır.

Bu yaxınlarda aparılan tədqiqat nəticəsində metabolik sindromla C vitamininin çatışmazlığı arasında əlaqənin olduğu məlum olub. Metabolik sindromu olan insanlara təkcə C vitamini kifayət deyil. Tərkibi emal edilmiş yüksək şəkər və yağla zəngin olan pəhriz xroniki iltihaba və metabolik sindroma gətirib çıxarır. Növbəti səhifə »

Tələbələrə, AMEA-nın magistrlarına təqaüdlərin təyin olunması qaydası dəyişib

Nazirlər Kabineti doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edib.

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” qərarda müvafiq dəyişikliklərin edilməsi təqaüdlərin təyin olunması və ödənilməsi zamanı bir sıra halların nəzərə alınması məqsədini daşıyır. Növbəti səhifə »

AMEA Genetik Ehtiyatlar İnstitutunun Əsərləri» Jurnalına məqalə qəbulu elan edilir

«AMEA Genetik Ehtiyatlar İnstitutunun Əsərləri» Jurnalına 03 may 2021-ci il tarixinden bashlayaraq məqalə qəbulu elan edilir. Məqalələrin jurnalın redaksiya heyətinə son təqdim edilmə tarixi 30 iyun, 2021-ci ildir. Təqdim olunacaq məqalələrin tərtib qaydaları haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən göturə bilərsiniz.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib

AZƏRTAC xəbər verir ki, milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir. Növbəti səhifə »

“Qırmızı kitab”ın üçüncü nəşrinə 600-dən çox bitki növünün salınması nəzərdə tutulur

“Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı redaksiya heyəti yaradılıb.
AZƏRTAC-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova deyib. O bildirib ki, bu nəşrlə bağlı iş proqramı hazırlanıb: «Proqramın əsas məqsədi nadir və itməkdə olan bitki, göbələk və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, tərtib olunan siyahıların bir də nəzərdən keçirilməsinin təmin edilməsidir. Artıq mühafizəyə ehtiyacı olmayan növlərin həmin siyahıdan çıxarılması və ehtiyac olan növlərin bu siyahıya əlavə olunması, həmin növlərin populyasiyasının müəyyənləşdirilməsi, GPS məlumatların dəqiqləşdirilməsi və ətraf mühit faktorlarının təsirinin öyrənilməsi həyata keçiriləcək».

Növbəti səhifə »

Bakı Dövlət Universitetinin tələbələri AMEA Dendrologiya İnstitutunu ziyarət ediblər. 

slide
slide
slide
Prev
Next

2 may 2021-ci il tarixində Bakı Dövlət Universiteti Botanika kafedrasının  müəllimi Kəmalə İbayevanın rəhbərliyi altında həmin Universitetin tələbələri AMEA-nın Dendrologiya İnstitutunda olublar. Dendrologiya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla  ilə görüş zamanı tələbələrə İnstitutda aparılan innovativ elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr və qrant layihələr haqqında məlumat verilib.Tələbələr İnstitutun ərazisindəki bitki biomüxtəlifliyi ilə yaxından tanış olmaqla ,bitkilərin bioekoloji xüsusiyyətləri barədə geniş məlumat alıb laboratoriyalardakı müasir avadanlıqlarla yaxından tanış olublar.

 

Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları, b.e.d., professor Əliyar İbrahimov və b.e.d., dosent Fatmaxanım Nəbiyeva Türkan, Hövsan, Pirallahı, Zirə və Zirə Ekoparkı  ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi Abşeronun flora və bitki örtüyünün yenidən öyrənilməsidir. Abşeronda neft və digər sənaye sahələrinin sürətli inkişafı, qlobal iqlim dəyişikliyi, təbii, antropogen, zoogen, texnogen və digər amillər, ekoloji sistemdə tarazlığın pozulması, insаnlаrın əməli fəаliyyəti nəticəsində tоrpаqlаrdаn düzgün istifаdə еdilməməsi nəticəsində yabanı növlərin bir çoxlarının areallarının kiçilməsinə və itmək təhlükəsinə səbəb olub. Növbəti səhifə »

Bölmənin yığıncağında virusların yayılmasında yarasaların roluna dair məruzə dinlənilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) onlayn Ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik İradə Hüseynova bölmə üzvlərinin və dəvət olunmuş mütəxəssislərin diqqətinə çatdırıb ki, bugünkü yığıncağın əsas məqsədi bütün dünya üçün çox aktual olan bioloji təhlükəsizlik kontekstində elmi məruzənin dinlənilməsidir. Növbəti səhifə »

BN