AZƏRBAYCANIN NADİR AĞAC VƏ KOL BİTKİLƏRİ

Dərs vəsaiti. Bakı, «Elm», 2016, 380 səh. AMEA-nın müx.üzvü, b.e.d., prof. Tofiq Sadıq oğlu Məmmədov, b.e.d., prof. Elman Osman oğlu İsgəndər, akademik, b.e.d., prof. Tariyel Hüseynəli oğlu Talıbov

 AZƏRBAYCANIN NADİR AĞAC VƏ KOL BİTKİLƏRİ

 Kitabda Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə 71 cinsə aid 189 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkisi haqqında məlumat ve­ri­l­mişdir. Əsər ərsəyə gəlməmişdən öncə çoxillik ekspedisiyalar, ezamiyyətlər və təd­qi­qat­lar nəticəsində toplanan  materiallara aid növlərin təbii yayıldıqları areal­larda monitorinqlər keçrilmiş və populyasiyalarda fərdlərin yaylması öyrə­nilmişdir. Aparılan birbaşa müşahidələr nəticəsində məlum olmuşdur ki, kitabda verilən növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən çox kiçilmiş və bəzilərinin genofondu təhlükə ilə üz-üzə qalmışdır. Bu baxımdan öyrəniən bitk­i­lə­rin arealla­rı­nın kiçilmə səbəbləri araşdırılmış, həmin bitkilərin ƏMBMİ-nın (İUCN) 3.1 ver­si­ya­sına əsasən onların təhlükə meyarları müəyyən edilmişdir. Bundan əla­və, kitabda verilmiş növlərin arealları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehti­ya­tının dəyişilmə səbəbləri və mühafizə tədbirləri barədə məlumatlar verilmişdir. Əsərdə Azərbay­canın “Qırmızı kitabı”na düşməyən növlərin gələ­cəkdə yenidən nəşr olunacaq “Qırmızı kitab”a salınması tövsiyə edilmişdir. Fikrimizcə, oxu­cu­la­ra təqdim olu­nan bu kitab, az da olmuş olsa vətəndaşlarımıza ölkəmizdə ekoloji tarazılığın saxlanması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımından öz töhfəsini verəcək və onları maarifləndirəcəkdir.

 

 

 

 

 

 

BN