Fond oranjeriyaları və koleksiya fondları

Fond  oranjeriyası 1988- ci ildə yaradılmışdır və tropik, subtropik  bitkilərin canlı muzeyi  hesab olunur. Burda elmi işçilərin və səyahətçilərin  köməkliyi ilə  əhali arasında  bitkilərin bioloji müxtəlifliyi və onlardan sənayedə istifadəsi elmi əsaslarla  öyrənilir. Oranjeriyada  olan canlı kolleksiyalar dünyanın müxtəlif  bağları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində zənginləşdirilmişdir. Hazırda təxminən 900kv m sahədə yerləşən 270 növdən  çox isti  sevən bitkilərin  mədəni formaları  böyük elmi və estetik əhəmiyyətə malikdir. Su və sahilyanı bitkilərin  ekspozisiyaları  Fond oranjeriyasını  daha da zənginləşdirmişdir.  Nəsli kəsilməkdə olan bitkilər təkcə  bu bağ   üçün deyil  respublika  əhəmiyyətlidir. Bu kolleksiyalarda 100 növ  bitki beynəlxalq Qırmızı kitaba  salınmışdır. Oranjeriyada və  açıq şəraitdə  müxtəlif  formalı bonsay kolleksiyası  ilə tanış olmaq olar. Dendrologiya İnstitutunda təbii halda çoxlu bonsay bitkiləri vardır. Bonsay- sərhədsiz  yaradıcılıq imkanlarının incəsənətidir.


Fond oranjeriyaları

g    hhh    ooo

 Kolleksiya fondları               

Dendrologoji park landşaft memarlığı üslubunda salınmışdır. Dendrologiya İnstitutu landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab edilir.

Canlı kolleksiyalarda təxminən 1800 növ, o cümlədən 1540 forma və sort vardır. Onlar ekspozisiyalarda və aşağıdakı kolleksiya sahələrində yerləşmişdir: “Dendrologiya”(77 növ), “Mədəni bitkilər” ( 600 növ), Dekorativ bitkilər” (480 növdən çox), “Fond oranjereyası”(təxminən 270 növ).

Burada olan bitki nümunələri bağın ən böyük ekspozisiyasıdır. Kolleksiyalarda olan ağac və kollar bir çox ölkə və kontinentlərdən gətirilmiş, bitkilər sistematik qohumluq prinsipi əsasında qruplaşdırılmışdır. Dendrologiyanın əsas sərvəti təxminən 1800 növədək ağac, kol və liana kolleksiyalarından ibarətdir.

Dendrologiya İnstitutu növlərin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları səviyyəsindədir.

Antropogen təsirə məruz qalan və təbii yolla azalan nadir növlərin mühafizəsinə xüsusi diqqət yetirlir. Azərbaycanın “Qırmızı kitab”-a salınmış 141 növ ağac və kollarından 69 növü Dendrologiya İnstitutunun payına düşür.  Bu bitkiləri milli sərvət hesab etmək olar.

Ekspozisiyalarda subtropik, tropik mənşəli, müxtəlif tipli meşə, çəmən, çöl, səhra bitki nümunələri nümayiş etdirilir. Su hovuzların ətrafında 25 növ bitki qruplaşmışdır. Müxtəlif regionlardan gətirilmiş bitkilər sahələrdə yaradılmış alpinariyalarda yerləşdirilmişdir. Təbii floranın bitki ekspozisiyaları zəngin növ müxtəlifliyinə malikdir. Aralıq dənizyanı ölkələrdən 255 növ, Avstraliya və Yeni Zellandiya florasından 105 növ, Qafqaz florasından 240 növ, Şərqi Asiya florasından 170 növ, Şimali və Cənubi Amerikadan 180 növ, Orta Asiya florasından 109 növdən çox ağac və kol bitkiləri əkilmişdir. Dendrologiya İnstitutunun müxtəlif gül-bəzək kolleksiyalarında qızılgülün 22 cins və 300 növü, nərgizgülünün 9 cins və 35 növü, zanbağın 25 cins və 42 növü, süsənin 6 cins və 12 növü dünya florasından gətirililərək toplanmışdır. Geniş yayılmayan çoxillik bitkilərdən 75 cins və 162 növ, kaktus 28 cins və 56 növ, eləcə də digər bitki kolleksiyaları növmüxtəlifliyi ilə xarakterizə olunur.

Kolleksiya fondunun fərqləndirici xüsusiyyətləri buradakı subtropik zonanın təbii florasından olan müxtəlif bəzək növləridir. Lalələrdən ibarət zəngin kolleksiyada təxminən 15 cins və 26 növ vardır.

Dendrologiya İnstitutu ərazisində yaradılmış gül-bəzək bitkiləri kolleksiyaları yüksək əhəmiyyətə malikdir. Bu kolleksiyalar introduksiya tədqiqatları üçün baza rolunu oynayır. Burada yerləşən bir çox növlər landşaft memarlığı əsasında yaradılan çoxillik kompozisiyalar üçün dekorativlik etalonu sayılır.

Mədəni bitki ekspozisiyalarının tərkibinə təqribən 600 cins və 700 növə qədər bitki daxildir.

Ekspozisiyalarda kənd təsərrüfatı bitkilərinin təkamülü, mənşəyi və introduksiya nəticələri təsvir olunur. Onların üzərində bitkilərin yabanı əjdadlarından və ilk az məhsullu formalarından müasir yüksək məhsuldar sortlarına qədər dəyişmələrini izləmək olar. Burada torpaqda becərilmə üsulları, budama və meyvə ağaclarına formaların verilməsi ilə tanış ola bilıərsiniz. Dendrologiya İnstitutunda 18 cins və 400 növ nar kolleksiyasında, 128 cins meyvə ağacları və 60 cins və 130 növ giləmeyvələr toplanmışdır.

Efiryağlı bitkilərin kolleksiyası 420 növdən ibarətdir. Dərman bitkilərin kolleksiyasında 370 növ vardır. Meyvə bitkilərin yabanı növlərinin kolleksiyası 62 növ və formadan ibarətdir.

BN