Xəbərlər

27.02.2018

AMEA DENDROLOGİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMI YAD EDİLDİ

26 fevaral 2018- ci il tarixində AMEA Dendrologiya İnstitutunda Xocalı soyqırımı qurbanları yad edilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən başlayaraq Xocalıda baş verən vəhşiliklərdən söhbət açdı. Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilən soydaşlarımız həmin tarixin yaddaşlarda və tariximizdə iz saldığını, tarixi faciənin tarixi analoqunun olmamasını vurğuladı.Daha sonra AMEA Dendrologiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışnda Xocalı qətliamı və milli qəhrəman jurnalist Çingiz Mustafayev haqqında vətənpərvər jurnalist olmasının, onun cəbhədə başlayan həyatının cəbhədə bitməsinin, operativ reportajların müəllifi olmasını qeyd etdi. Çingizin bugün jurnalistika sahəsində işləyən həmkarlarımız üçün bir həyat məktəbinin olmalısını vurğuladı.

Sonda tədbir İnstitut əməkdaşlarının övladlarının Xocalı faciəsi haqqında şer söyləməsi və Soyqırım haqqında video çarx nümayiş etdirilməsi ilə yad edildi.
Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!

28279995_326947014484781_5160322647629463402_n

IMG-20180226-WA0032

 IMG_20180226_220005_336


04.01.2018

AMEA-nın “Science City” yaşayış kompleksi üçün xüsusi ödəniş qaydaları nəzərdə tutulub

Məlum olduğu kimi, Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ binanın tikilməsi nəzərdə tutulur. “Science City” adlı yaşayış kompleksində mənzil almaq istəyən AMEA-nın əməkdaşlarına satılacaq mənzilin ümumi sahəsinin 1 kv.m-nin  qiyməti 470 manat müəyyənləşdirilib və xüsusi ödəniş qaydaları nəzərdə tutulub.

AMEA rəhbərliyinin xahişini nəzərə alaraq, tikinti şirkəti ilk 50 mənzili nəğd ödənişlə almaq istəyən akademiya əməkdaşlarına 1 kv.m-nin  qiymətini 370 manata təklif edir. Yəni, mənzilin ümumi sahəsinin 1 kv.m-nin  qiyməti 100 manat ucuz təklif olunur.

Nəğd ödənişlə mənzil almaq istəyən AMEA əməkdaşları 10 yanvar 2018-ci il tarixinədək tikinti şirkətinə müraciət edə bilərlər.

Tel.: (+994 50) 207 36 16

E-mail: info@sahilmtk.com

 www.science.gov.az 


21.12.2017

AMEA Dendrologiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatı

21 dekabr 2017-ci il tarixində AMEA Dendrologiya İnstitutunun 2017 -ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirildi.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov hesabat ilində laboratoriyalarda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, institutda 1 problem, 8 mövzu, 8 iş üzrə 44 mərhələdə elmi-tədqiqat işi aparılıb. İnstitutun əməkdaşları tərəfindən 4 kitab, 55 məqalə və  26 tezis olmaqla 85 elmi əsər dərc edilmişdir ki, onlardan da 26 məqalə və tezis xaricdə, 6 məqalə isə İmpact faktorlu jurnallarda dərc edilmişdir.

21 dekabr 2017-ci il tarixində AMEA Dendrologiya İnstitutunun 2017 -ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirildi.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov hesabat ilində laboratoriyalarda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, institutda 1 problem, 8 mövzu, 8 iş üzrə 44 mərhələdə elmi-tədqiqat işi aparılıb. İnstitutun əməkdaşları tərəfindən 4 kitab, 55 məqalə və  26 tezis olmaqla 85 elmi əsər dərc edilmişdir ki, onlardan da 26 məqalə və tezis xaricdə, 6 məqalə isə İmpact faktorlu jurnallarda dərc edilmişdir.

Gənc kadrlar haqqında ətraflı məlumat verərək qeyd etdi ki, hazırda institutda 6 doktorant, 8 dissertant, 4 magistr müvafiq mövzular üzrə tədqiqat işlərini davam etdirir. Cari ildə 1 əməkdaş fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmiş, 1 əməkdaş isə elmlər doktoru alimlik dərəcəsi almış, 6 gənc isə müvafiq institutların magistratura mərhələsini “ Botanika” ixtisası üzrə bitirmişdir.

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qeyd etdi ki, Dendrologiya İnstitutu müxtəlif dövlət proqramlarının icrasında iştirak edir. Cari ildə təqdim olunan  elmi-tədqiqat işlərinin nəticələrinə görə 2 patent, 2 gigiyenik sertifikat alınmışdır. İnstitut 1 beynəlxalq qurultay və 2 konfransın təşkilatçısı olmuşdur.

Hesabat iclasında institutun əməkdaşları tərəfindən təklif edilən mühüm nəticələr də müzakirə olundu. Hesabat Elmi Şura üzvləri tərəfində yekdilliklə qəbul olundu.

IMG_5685IMG_5673

 

 

 

 

 

 


AMEA Dendrologiya İnstitutun əməkdaşı Botanika ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etdi.

14 dekabr 2017-ci il tarixində  AMEA Dendrologiya İnstitutunun “Dendroxronologiya”  laboratoriyasının elmi işçisi dissertant  Bağırova Samirə “Abşeron şəraitində Eucalyptus L.Herit cinsinə aid bəzi növlərin bioekoloji xüsusiyyətləri və dendroxronoloji təhlili” mövzusunda 2417.01 — Botanika ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini  müdafiə etdi. Onun elmi rəhbəri institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovdur.

         Samirə Bağırova Naxçıvan Dövlət Universitetini bakalavr və magistr səviyyəsində bitirmiş və 2012-ci ildən Dendrologiya İnstitutunun dissertantı olmuşdur. Təsdiq olunan mövzu üzrə hərtərəfli elmi-tədqiqat işi aparmış və yekunlaşdıraraq müdafiəyə təqdim etmişdir.

         O,  ümumilikdə 25 elmi əsərin nüəllifidir. 10-dan çox elmi əsəri dünyanın nüfuzlu jurnallarında dərc edilmişdir. Samirə Bağırova Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

13.12.2017

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatların rəhbərləri və əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər.

Elm xadimləri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.  www.science.gov.az 

11.12.2017

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Dekabrın 11-də AMEA Rəyasət Heyətində “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırladan AMEA rəhbəri dahi liderin plenumda qaldırdığı məsələlərin onun strategiyasını, uzaqgörənliyini müəyyənləşdirdiyini və həmin iclasda Azərbaycanın bugünkü inkişafının təməlinin qoyulduğunu bildirib.

«Akademiyanın inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır», — deyən akademik A.Əlizadə bildirib ki, AMEA-da Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ulu öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, bir sıra mühüm nailiyyətlərə imza atılıb. AMEA rəhbəri, həmçinin ümummilli lider Heydər Əliyevin elm xadimlərinə, alimlərə olan diqqət və qayğısından söz açıb.

Akademik A.Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil ölkəmizin daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Anım tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından, zəngin dövlət idarəçilik təcrübəsindən bəhs edən akademik İ.Həbibbəyli müstəqil dövlətimizin qorunub saxlanılmasında, möhkəmlənməsində və dünyaya tanıdılmasında ulu öndərin müstəsna rolunu vurğulayıb. Bildirib ki, dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxıb, onun iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti inkişaf edib. İ.Həbibbəyli Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

AMEA-nın vitse-prezidenti Heydər Əliyevin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər həmçinin, klassiklərimizin yubileylərinin keçirilməsi, onların irsinin öyrənilməsi və araşdırılması üçün əvəzsiz xidmətlər göstərmişdir. 

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov «Heydər Əliyev və Yeni Azərbaycan Partiyası» mövzusunda məruzəsini təqdim edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs edən komitə sədri ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.

Azərbaycanda siyasi sistemin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan S.Novruzov dahi rəhbərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

Məruzəsində Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan natiq partiyanın bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.

Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı «Heydər Əliyev və İslam həmrəyliyi» mövzusunda məruzəylə çıxış edib. Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğunu deyən Mübariz Qurbanlı ulu öndərin anım gününün bir çox ölkələrdə qeyd edildiyini bildirib.

Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu vurğulayan Mübariz Qurbanlı ulu öndər Heyər Əliyevin Azərbaycan xalqı üçün böyük bir siyasi irs qoyduğunu vurğulayıb. O, ölkəmizdə qazanılan nailiyyətlərin dahi liderin siyasətinin bəhrəsi olduğunu xatırladıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.


04.12.2017

2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan olunub

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib.

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Ünvan: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68 (Azərbaycan Respublikasının Nazirlər Kabineti).

Tel.: (+994 12) 492 83 29.

E-mail: nk@cabm in.gov.az

www.science.gov.az 


16.11.2017

Müdriklik zirvəsi — 70 yaş

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış cərrah-onkoloq, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 70-ci ildönümü tamam olur. Böyük alimin uzunmüddətli müşahidələri və tədqiqatları nəticəsində ölkədə onkologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edilmiş, Azərbaycan tibbi daha da yüksəklərə qalxmışdır. Onun müvafiq sahədə qələmə aldığı elmi əsərləri ölkənin tanınmış jurnalları ilə yanaşı, dünyanın nüfuzlu, yüksək istinad indeksli nəşrlərində də işıq üzü görmüşdür.

Ə.Əmiraslanov 17 noyabr 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1965-ci ildə  orta məktəbi qızıl medalla bitirərək, elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra  Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.

Alim 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1984-cü ildə isə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Əhliman Əmiraslanovun elmi nailiyyətlərinin əsasını sümük, yumşaq toxuma, süd vəzisi və bir sıra orqanların şişlərinin öyrənilməsi, eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının işlənib hazırlanması, kliniki praktikaya tətbiq edilməsi təşkil edir.

Ölkənin məşhur cərrahlarından olan akademik Ə.Əmiraslanov onkologiya sahəsində çoxsaylı tibbi-bioloji texnologiyaların müəllifidir. Alim bu gün də mürəkkəb cərrahi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirir.

O, AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində böyük rol oynayır.

Tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanov onkologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmışdır. Alim ölkəmizin beynəlxalq miqyasda yüksək səviyyədə təmsil olunması üçün əlindən gələni əsirgəməmiş, mühüm nailiyyətləri ilə dünya elminə töhfələr vermişdir.

Akademik Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışmışdır. Rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. O, universitetin müsbət imicini formalaşdırmaq və onu daha da inkişaf etdirmək istiqamətində kompleks innovativ tədbirlər həyata keçirmiş, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tibb sahəsində təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. 

Ə.Əmiraslanov hazırda ATU-nun Onkologiya kafedrasının müdiri, Onkoloji klinikasının direktorudur. Akademik Ə.Əmiraslanovun müəllim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun çox zəngin və əhatəli pedaqoji fəaliyyəti nəticəsində dəyərli elmi-tədqiqat işləri, kitab və dərsliklər işıq üzü görmüşdür.

Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli cərrah-onkoloqların, peşəkar elmi  kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, ölkəmizdən xaricdə də görkəmli alim kimi tanınan Ə.Əmiraslanov tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1986-cı ildə isə Ə.Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 2000-ci ildə ulu öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim etmişdir. 

Ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Ə.Əmiraslanov zəngin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənən alimlərimizdəndir. Bu keyfiyyətləri nəticəsində o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ə.Əmiraslanov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik bir şəxsiyyətdir.

Görkəmli elm xadimi, bacarıqlı təhsil təşkilatçısı olan Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

 www.science.gov.az 


07.11.2017

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm» guşəsi yaradılıb

Noyabrın 6-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə yaradılmış “Elm” guşəsinin açılışı olub.

Əvvəlcə tədbir iştirakçıları rəmzi açılışı bildirən qırmızı lenti kəsib, bölməyə daxil olan institutlar haqqında əyani vəsaitlərin yer aldığı guşə ilə yaxından tanış olublar.

Akt zalında davam edən tədbirdə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək AMEA-da elmlə təhsilin vəhdəti istiqamətində müəyyən işlərin görüldüyünü və sözügedən guşənin yaradılmasının aparılan islahatların məntiqi davamı olduğunu bildirib. Ə.Əmiraslanov «Elm» guşəsində bölməyə daxil olan institutların yaranma tarixi, elmi istiqamətləri, əldə etdikləri nailiyyətlər və maddi-texniki bazaları haqqında geniş məlumatların əks olunduğunu bildirib.

Alim qeyd edib ki, orta məktəblərdə “Elm” guşəsinin təşkilinin əsas məqsədi təhsil müəssisələri ilə bölmələrin institutları arasında əlaqələrin yaradılması, hələ məktəb yaşlarında şagirdlərdə elmə, müxtəlif sahələrə maraq və həvəsin artırılması, istedadlı və perspektivli gənclərin buraya cəlb edilmələri və elmin populyarlaşdırılmasıdır. Vurğulanıb ki, bu cür layihələr gənc nəslin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının zənginləşməsinə, onların biologiya elminə həvəslərinin artırılmasına kömək edəcək.

Akademik Ə.Əmiraslanov çıxışında ətraf mühitin çirklənməsi, şirin su çatışmazlığı kimi qlobal problemlərə də toxunub. Qeyd edib ki, 2030-cu ildə dünya miqyasında insanların sayı 9 milyardı ötəcək və bu, ətraf mühitin çirklənməsi problemini daha da dərinləşdirəcək. Alim bu gün biologiya elminin qarşısında ətraf mühitin çirklənməsi, şirin su çatışmazlığı kimi qlobal problemlərin həlli istiqamətində prioritet vəzifələrin dayandığını vurğulayıb.

Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək bu layihənin digər təhsil müəssisələrində də həyata keçirildiyini söyləyib, “Elm” guşələrinin regionlarda təşkil olunacağını diqqətə çatıdırıb. O, şura tərəfindən gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə «Bu günün şagirdi, sabahın alimi», «Əyləncəli-öyrədici təcrübələr» kimi müsabiqə, bilik yarışı və seminarların keçirildiyini bildirib. 

Tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Məmmədəli Kəsəmənli və BTEB-ə daxil olan institutların direktorları çıxış edərək şagirdlərin AMEA-nın elmi müəssisələrində biologiyaya dair aparılan tədqiqatlarla əyani tanış olmalarının önəmindən danışıblar.

Sonda AMEA-nın gənc alimlərinin və məktəb şagirdlərinin iştirakı ilə maraqlı təqdimatlar olub.

 www.science.gov.az


02.11.2017

İsveç Linney Cəmiyyəti Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir

İsveçin Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Kristian Kamill AMEA-nın Dendrologiya İnstitutunun qonağı olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla görüşdə qonağa müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra K.Kamill çıxış edərək Uppsala şəhərində yerləşən və 1917-ci ildən fəaliyyət göstərən İsveç Linney Cəmiyyəti barədə danışıb. O, təmsil etdiyi qurumun gələcəkdə Dendrologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Daha sonra qonaq Dendroloji parkın canlı bitki kolleksiyaları və rus şairi Sergey Yeseninin muzeyi ilə tanış olub. 

science.gov.az


26.10.2017

Smart Owl — STEAM təhsil proqramı üzrə uşaqların erkən inkişafı tədris mərkəzinnn bir qrup əməkdaşları və şagirdləri AMEA Dendrologiya İnstitutunda oldular.

Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən uşaqlara ekologiya və biologiyanın tədrisinin əyləncəli məşğələlər  əsasında keçirilməsi təşkil edilib.

Dendrologiya İnstitutu tərəfindən təşkil edilən ekoloji oyunların əsas məqsədi – uşaqların özlərini təbiətin bir parçası kimi dərk etməsi, təbiət haqqında bilikləri elmi dildə yox, onların başa düşəcəyi bir tərzdə əyləncəli ekoloji oyunlarla anlaması və  təbiət varlığının qorunub saxlanılması istiqamətində biliklərinnin artmasına yönəldilir.  Dendroloji parkın təbiət gözəlliyi, burada olan müxtəlif kompozisiyalar və  əyləncəli məşğələlər uşaqların marağına səbəb oldu.

22730593_375738619527127_903046120479263855_n

22688838_375735649527424_6758618177266604438_n22729154_375738406193815_3919526938037792013_n22780250_375736079527381_2460500679106189911_n

 

 

 

 

 

 

 

 

 

 

 

24.10.2017


Dendrologiya İnstitutunda səyahət

 

03.10.2017

 Bakıya vurğun rus şairi Sergey Yeseninə həsr olunan tədbir keçirilib

Oktyabrın 3-də AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirildi.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, orta məktəb şagirdləri və jurnalistlər iştirak edirdilər.

Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından söhbət açdı. S.Yeseninin təkrarolunmaz, bütün dünyaya məxsus şair olduğunu söyləyən N.İbadova onun əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunduğunu, məqalələrinin Azərbaycan nəşrlərində bu günədək dərc edildiyini xatırlatdı. Bildirdi ki, görkəmli şair Bakının Mərdəkan qəsəbəsində cəmi 70 gün qalmışdır. Bu qısa müddətə baxmayaraq, Azərbaycan xalqı ona daim hörmətlə yanaşmış və şairin yaşadığı evi muzey etmişdir.

«Yeseninin Bakıya olan sevgisi ədibin yaradıcılığında öz əksini tapmışdır» — deyən muzeyin əməkdaşı onun Azərbaycanda yazdığı  «İran nəğmələri», “Əlvida Bakı”, “Balaxanı mayı” və digər əsərlərinin şairin poeziyasının ən qiymətli inciləri olduğunu bildirdi. 

Sonra Azərbaycan-Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edərək Sergey Yeseninin Rusiya və Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusi qeyd etdi, şairin yaradıcılığının Bakı dövrü haqqında danışdı. Bildirdi ki, Yesenin əllidən çox şeirini və iki poemasını məhz Bakıda yazmışdır. V.Denisov hər il oktyabrın 3-də Yeseninin doğum gününün Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirdi.

Tədbirdə Xəzər Universitetinin prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev, publisist Reyhan Mirzəzadə və başqaları çıxış edərək şairin keçdiyi çətin və keşməkeşli yoldan danışdılar, onun sadə dildə yazılmış şeirlərinin hər nəsildən olan insanların zövqünə uyğun olduğunu söylədilər. 

Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edildi, sözlərinə bəstələnən mahnılar ifa olundu.

science.gov.az


 
31.07.2017
Azərbaycanlı alim Çin Xalq Respublikasının Şenzen şəhərində keçirilən XIV Beynəlxalq Botanika Konqresində iştirak edib

Azərbaycanlı alim Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 21-29 iyul 2017-ci il tarixlərində Çin Xalq Respublikasının Şenzen şəhərində keçirilən  XIV  Beynəlxalq Botanika Konqresində iştirak edib.

Tofiq Məmmədov  XIV  Beynəlxalq Botanika Konqresində   “Azərbaycanın endem, nadir, nəsli kəsilməkdə olan ağac və kolların müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi qurultay iştirakçıları tərəfindən maraqla qarşılanıb.


03.03.2017
AMEA Dendrologiya İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” (Azerbaijan’s access to Global Science Base) mövzusunda seminar keçirilib

02.03.2017-ci il tarixində  AMEA Dendrologiya İnstitutun  Beynəlxaq əlaqələr şöbəsinin baş mütəxəssisi Xəlilov Rəşadın təşkilatçılığı ilə “Azərbaycanın qlobal elmi bazaya çıxışı” (Azerbaijan`s access to Global Science Base) mövzusunda seminar keçirdi. Seminarın əsas məqsədi İnstitut əməkdaşların elmi məaqlələrinin nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkilidir. İnstitutun alim və mütəxəssislərinin  sözügedən bazadan  istifadə yolları, bu bazanın  təklif etdiyi xidmətlərin təbliği ilə yanaşı  digər məsələlər müzakirə edildi.

Qeyd edək ki, 11 oktyabr 2016-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcəkdir. “Web of Science» yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə “Qızıl Standart” kimi qəbul edilən biliklər bazasıdır. İnstitutun əməkdaşı “Thomson Reuters Web of Science” platformasına “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqların  daxil olduqlarını vuğuladı.


13.03.2017
«Azərbaycan dendroflorası» kitabının 3-cü cildi dərc edilmişdir.

AMEA-nın Dendrologiya institutunun direktoru, AMEA-nın müxbir üzvüTofiq Məmmədovun rəhbərliyi ilə ardıcıl həyata keçirilən ekspedisiyalar və Azərbaycan dendroflorasının  müasir vəziyyətinin monitorinqi nəticəsindən  “Azərbaycan dendroflorası” kitabının 3-cü cildi  dərc edilmişdir.

“Azərbaycan dendroflorası” kitabının III cildi I və II cildin davamı olub,  yerli və xarici floraya mənsub 25 fəsilə, 42 cinsə aid 254 növ ağac-kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında məlumat verilirmişdir. Bu cild Angiospermae (Örtülütoxumlular) şöbəsinə aid Legiminosae və ya Fabaceae (Paxlakimilər) fəsiləsindən Plumbaginaceae  (Qurğuşunçiçəyikimilər) fəsiləsinə  qədər olan bitki növlərini əhatə edir. Tədqiq olunan növlərin taksanomik tərkibi və təyinedici açarları  A.Enqler-Prantl və 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə istinad edilməklə verilmiş və hərtərəfli təhlil edilmişdir.

Kitab bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəbinin müəllim və tələbələri, eyni ilə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


 25.03.2017
Naxçıvanlı məktəblilər Dendrologiya İnstitutunda oldular

Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 18 və 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda oldular.

Artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar, təşkil olunur. Qeyd edək ki,layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tar ixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Naxçıvanlı şagirdlərə məlumat verilib ki, Mərdəkan qəsəbəsində yerləşən dendrarinin ümumi sahəsi 12 hektardır.  1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “kotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.  Burada bitən flora növlərinin sayına və yaşına görə Dendrologiya İnstitutu dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

İnstitutun tarixi abidələri və florasına aid  ətraflı məlumat alan məktəblilər Dendrologiya İnstitutundan  xoş təəssüratla ayrılıblar.

1014904438964968143550_1000x669

 
 
 
 
 
 

01.03.2017
AMEA Dendrologiya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirildi.

28.02.2017- ci il tarixində AMEA Dendrologiya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirildi. Hesabat seçki yığıncağında  Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Alıyev İsa, Dendrologiya İnstitutunun direktoru Məmmədov Tofiq və Dendrologiya İnstitutunun kollektivi iştirak etdilər.

Yığıncaqda Dendrologiya İnstitutu Həmkarlar İttifaqının Komitəsinin 2012-2016-cı illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi.Hesabat məruzəsindən sonra İnstitutun  bir neçə əməkdaşı çıxış edərək öz təklif və fikirlərini bölüşdülər. Çıxışlarda  Həmkarlar İttifaqı Komitəsinin sədri Zeyvəliyeva Tünzalənin fəaliyyət göstərədiyi dövrlər ərzində qurumun fəaliyyətinə məsuliyyətlə yanaşmış əməkdaşların əmək şəraitinin yaxşılaşdırılmasında,maddi vəziyyətinin,mədəni səviyyəsinin yuksəldilməsində önəmli rol oynamış,hər bir institut işçisinin əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər gördüyü vurğulandı. Zeyvəliyeva Tünzalə AMEA AHİ  və AMEA Dendrologiya İnstitutu tərəfindən səmərəli elmi fəaliyyətinə həmkarlar Təşkilatında göstərdiyi xidmətlərinə görə Fəxri Fərmanla təltif olundu. Sonda açıq səs vermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin yeni heyət üzvləri və Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yenidən Tünzalə Zeyvəliyeva seçildi.

IMG_5784IMG_5702

 
 
 
 
 

 

 

01.03.2017
 AMEA Dendrologiya İnstitutunun əməkdaşları İTV-nin «Yeni gün» proqramının qonağı olublar


23.02.2017
AMEA-nın müxbir üzvi Tofiq Məmmədova Fəxri Fərman təqdim olunub

2017-ci il Fevralın 22-də Azərbaycan 16865175_153420481837436_793070701004715367_nMilli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədovu Azərbaycanda botanika elminin inkişafındakı xidmətlərini, çoxillik elmi, elmi-təşkilati fəliyyətini nəzərə alaraq və anadan olmasının 60 illik yubleyi ilə əlaqədar, AMEA-nın Fəxri Fərmanını təqdim edib.

 


02.02.2017
Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur

Fevral ayının 10-da tanınmış tədqiqatçı alim, botanik, “Şöhrət” ordenli, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Sadiq oğlu Məmmədovun 60 yaşı tamam olur.

Tofiq Məmmədov 1957-ci il fevralın 10-da Naxçıvan Muxtar Respublikası  Ordubad  rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1974-cü ildə Dırnıs kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu (Memarlıq və İnşaat Universiteti) bitirmişdir.

Alim 2000-ci ildə “Mərdəkan Dendrarisində qiymətli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında istifadəsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Abşeronda yaşıllaşdırmada perspektivli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Bu dövrlərdə apardığı geniş elmi-tədqiqat işləri nəticəsində o, Abşeronun quru subtropik iqlim şəraitində introduksiya olunmuş ağac-kol bitkilərinin bioekoloji xüsusiyyəylərini, ekoloji mühit amillərinə davamlılığını öyrənmiş, morfoloji əlamətlərinə görə seçərək qruplaşdırmış və yaşıllaşdırmada istifadəsi üçün bir sıra təkliflər vermişdir.

Görkəmli alim 2007-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən bioloji və ekoloji fənnlər üzrə “professor” elmi adına layiq görülmüşdür.

T.Məmmədov yerli və xarici mətbuatda dərc edilmiş 22 kitabın, 200-dən çox elmi məqalənin və 8 patentin müəllifidir.  Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 9 fəlsəfə doktoru hazırlanmışdır.

2000-ci ildən onun redaktorluğu ilə “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” elmi məqalələr toplusu dərc edilir. Alimin “Qazon-bəzək memarlığı”, “Bonsay bitkiləri”, “Bitkilərin təyinində morfoloji terminlər” və digər kitabları yaşıllaşdırma mütəxəssisləri üçün təcrübi işlərin həyata keçirilməsində əsas vəsait kimi istifadə edilir.

T.Məmmədovun rəhbərliyi ilə 2006-cı ildə “Gülçülük ensiklopediyası”, 2007-ci ildə ”Otaq bitkiləri ensiklopediyası” kitabları yazılmışdır. Onun uzun illər apardığı tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azərbaycanda ilk dəfə “Abşeronun ağac və kolları” monoqrafik əsəri çapdan çıxmışdır. Ardıcıl həyata keçirilən ekspedisiyaların və Azərbaycan dendroflorasının  müasir vəziyyətinin monitorinqindən bəhs edən “Azərbaycan dendroflorası” fundamental əsəri dərc edilmişdir.

Botanik alim tərəfindən respublikanın florasında 42 fəsilə, 71 cinsə aid 189 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkiləri öyrənilmiş, “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxmışdır. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.

Onun elmi tədqiqatları nəticəsində dünya florasından tropik və subtropik mənşəli yeni növ ağac-kol bitkiləri introduksiya edilir, onların yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, bioekoloji xüsusiyyətləri elmi əsaslarla öyrənilir. Bu bitkilər morfoloji, bioloji, ekoloji və dekorativ əlamətlərinə görə seçilir, qruplaşdırılır, bəzilərinin landşaft memarlığı əsasında tətbiqi üçün təklif və tövsiyələr verilir. Professor flora biomüxtəlifliyinin artırılması məqsədilə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq ağac-kol bitkisinin toxumlarını gətirmiş, onların yerli şəraitədə introduksiyası ilə məşğul olmuşdur.

T.Məmmədovun səyi ilə 2005-ci ildə Mərdəkan Dendrarisi Dünya Botanika Bağlarının, 2007-ci ildə isə Amerika Botanika Bağları Cəmiyyətinin üzvü seçilmişdir.

Alim Bolqarıstan “Paleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının, eyni zamanda Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İmam Universiteti Təbiət Elmləri jurnalının ekspert komissiyasının, “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvü, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin Azərbaycan üzrə sədridir.

2013-cü ildən Bakı Dövlət Universitetinin Botanika kafedrasının professoru və  Odlar Yurdu Universitetinin dövlət imtahan komissiyasının sədridir. 2014-cü ildən AMEA Botanika İnstitutunda “Botanika” ixtisası üzrə Müdafiə Şurasının sədr muavinidir.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinə görə o, 2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Həmçinin Azərbaycan elminə verdiyi töhfələrə görə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.

Görkəmli botanik alimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

www.science.gov.az

23.01.2017
AMEA Dendrologiya Institutunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

Sentyabrın 18-dən 21-dək AMEA-nın Dendrologiya İnstitutunda Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyalarının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı, eyni zamanda “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın Dendrologiya İnstitutu, Rusiya Elmlər Akademiyası N.V.Sisin adına Baş Botanika Bağı, Belarus Milli Elmlər Akademiyası Mərkəzi Botanika Bağı, Qazaxıstan Milli Elmlər Akademiyası Baş Botanika Bağı, Qırğızıstan Milli Elmlər Akademiyasının E.Z.Qareyev adına Botanika Bağı, Ukrayna Milli Elmlər Akademiyasının N.N.Qrişko adına Beynəlxalq Botanika Bağı və Abxaziya Botanika Bağıdır.

Qurultayda MDB ölkələri Botanika Bağları Cəmiyyəti üzrə komissiyaların, MDB ölkələri botanika bağları, dendrarilər və ekoloji mərkəzlərinin işləri haqqında, qurumun ötən ilin yekunları və 2017-ci ilin birinci yarımillik hesabatları dinləniləcək.

Tədbir aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

— Qlobal dəyişkənliyin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri;

— Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri;

— İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri;

— Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası;

— Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri;

— Biomüxtəlifliyin saxlanılma problemləri.

Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini zemfira_abbasova@mail.ru və konfarns_dendrary@mail.ru elektron ünvanlara göndərə bilərlər.

Əlaqə nömrələri: (+99412) 4543012, 4541500, 4546062

Faks: (+99412) 4540374.

Ünvan: Bakı ş., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89.

Qurultay və konfrans barədə ətraflı məlumatı www.dendrologiya.az  www.sbsgbsad.wordpress.com saytlarından əldə etmək mümkündür.

Qeyd edək ki, qurultayın AMEA-nın Dendrologiya İnstitutunda keçirilməsi haqqında qərar ötən il Belarus Elmlər Akademiyasının Dövlət Elmi Müəssisəsində təşkil edilmiş, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin III qurultayında qəbul olunub.

 


23.01.2017
Belarusun Minsk şəhərində Belarus Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək

2017-cı ilin İyul ayının 5-dən 8-dək Belarusun Minsk şəhərində Belarus Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun təşkilatçılığı ilə “SEAB-2017. Avrasiyada Biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir. Simpoziumu AMEA Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti birgə təşkil edəcəklər.

Simpoziumun təməlinin AMEA Dendrologiya İnstitutu tərəfindən 2015-ci ilin 1-5 İyun tarixlərində qoyulmasına baxmayaraq (“SEAB-2015. Avrasiyada Biomüxtəliflik” mövzusunda I Beynəlxalq Simpozium)  bu artıq ənənə halını almışdır və ardıcıl olaraq 2016-cı ildə Türkiyənin Pamukkale Universitetinin, 2017-ci il 5-8 İyul tarixlərində  Belarus Dövlət Universitetinin, 2018-ci ildə Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin, 2019-cu ildə isə Rusiya Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq simpoziumların keçirilməsinin əsas məqsədi Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək müzakirələr aparmasıdır. Simpozumda, həmçinin Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlif irsin qorunması mövzuları əsas müzakirə obyekti olacaqdır. Konfransda 100-dən artıq elmi əməkdaş təqdimatla çıxış edəcək. Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında Avrasiyada biomüxtəliflik simpoziumu adı altında dərc ediləcək. Konfrans çərçivəsində muzeylərə, dendroloji parklara səyahətlərin təşkili də nəzərdə tutulur. Növbəti illərdə simpoziumlar müvafiq olaraq Qazaxıstan, Rusiya və digər ölkələrdə də keçiriləckədir.

Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında Avrasiyada biomüxtəliflik simpoziumu adı altında dərc ediləcək.

“SEAB–2017.Avrasiyada Biomüxtəliflik” simpoziumun həmsədrləri:

  1. AMEA-nın müxbir üzvü, prof. Tofiq Sadiq oğlu Məmmədov (AMEA Dendrologiya İnstitutu, Azərbaycan);
  2. Ramazan Məmmədov (Pamukkale Universiteti,Türkiyə);
  3. Boladxan Zayadxan ( Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan);
  4. Yelena Kalaşnikova (Rusiya Dövlət Aqrar Universiteti, Rusiya);
  5. İqor Semak (Belarus Dövlət Universiteti, Belarusiya).

Simpozium  haqda bütün məlumatları http://seab2017.com/  saytından da əldə edə bilərsiniz.

Tezislərin qəbulu onlayn şəkildə həmin sayt üzərindən 14 aprel 2017-ci il tarixinədək qəbul ediləcəkdir.

23.12.2016
Dendrologiya Institutu 2016-cı ilin illik hesabat iclası keçirildi

23 dekabr 2016-cı ildə  AMEA BTEB bürosu və Dendrologiya İnstitutu Elmi Şurasının birgə iclası keçirildi. İclasda AMimg_4498EA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü T.S.Məmmədov İnstitutun 2016-cı il üçün elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı dinlənildi. O, laboratoriyalar üzrə 8 mövzu, 9 iş və  43 mərhələ üzrə aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələri qeyd etdi. Bildirdi ki, cari ildə əməkdaşlar tərə findən 3 kitab çapdan çıxmışdır. Yerli və xarici mətbuatda məqalələr dərc edilmişdir ki, onlardan da 14-ü indeksli və İmpact-faktorlu jurnallarda çap edilmişdir.

Məruzə ətrafında geniş müzakirələr aparıldıqdan sonra hesabat yekdilliklə qəbul edildi.

 


08.06.2017
Dendrologiya İnstitutunda ekologiya və biologiyanın tədrisi əyləncəli məşğələlər əsasında təşkil edilib

Dünyanın bir çox ölkələrində biologiya və ekologiyanın tədrisi məqsədilə botanika bağlarına, dendrarilərə səyahətlərin təşkili əyləncəli-metodik layihələr əsasında həyata keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda belə layihələrin həyata keçirilməsi istiqamətində geniş işlər aparılır. İnstitutun elmi işçisi Pərvin Şıxəliyeva tərəfindən ekologiya və biologiyanın tədrisinin əyləncəli məşğələlər əsasında keçirilməsi təşkil edilib.

Bağa gələn səyahətçilərin artması, uşaqlarda ekoloji mədəniyyətin formalaşması baxımından böyük əhəmiyyət daşıyır. B1u cür layihələr şagirdlərdə praktik bacarıqların daha yaхşı inkişaf etməsinə, onların nəzəri biliklərinin artmasına səbəb olur.

Təcrübələr göstərir ki, dendroloji parkda tətbiq edilən belə layihələr respublikamızda uşaq və gənclərin təbiət fənlərini öyrənməsinə motivasiya edir, onlarda təbiətin mühafizəsinə görə məsuliyyət hisslərini formalaşdırmağa yardım edir.

Dendroloji parkda səyahətlərin təşkilində ekologiya və biologiya fənləri üzrə keçirilən məşğələlərin əsas məqsədi – uşaq və gənclərin özlərini təbiətin bir hissəsi kimi dərk etməsi, yerdə bütün canlıların birliyini, varlığının qorunub saxlanılması istiqamətində biliklərin artmasına yönəldilib. Belə əyləncəli-metodik layihələrin təşkili onu deməyə əsas verir ki, təbiət haqqında bilikləri elmi dildə çatdırmaq bəzən dərsdə səmərəsiz nəticələr verir, lakin Dendrologiya İnstitutu tərəfindən təşkil edilən əyləncəli məşğələlər gənc səyahətçilərin təbiətə marağının artmasına səbəb olur.

Səyahətlərin təşkilində əsas məqsəd i müasir metodlarla ekologiya və biologiya elminin təhsil proqramlarının mahiyyətini, canlı və cansız təbiətin komponentləri arasında səbəb-nəticə əlaqələrini araşdırıb müəyyən etməkdir. Eyni zamanda, insanların təsərrüfat fəaliyyətinə dağıdıcı təsirinin qarşısını almasında uşaq və gənclərin düzgün təbiətdən istifadə qaydalarına riayət etməsidir. Dendroloji parkda məşğələlərin mədəni-kütləvi tədbirlər əsasında keçirilməsi iştirakçılarla yanaşı, səyahətə gələn geniş insan kütləsi üçün də çox maraqlı təəssürat yaratmaqla onları layihədə iştirak etməyə vadar edir. Dendroloji parkın təbiət gözəlliyi, burada olan müxtəlif kompozisiyalar, layihələrin təşkilində əsas element olmaqla ətraf mühitlə qarşılıqlı əlaqədə estetik hislərin inkişafına yol açır. Təbiət qoynunda təşkil olunan belə dərnək məşğələləri zamanı uşaqların təmiz havada olması, həm də onların sağlamlığının möhkəmlənməsinə kömək edir.


16.06.2017
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər

 AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclas iştirakçılarını salamlayaraq 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Akademik bu tarixi günün sadəcə təqvim bayramı deyil, böyük ictimai və siyasi əhəmiyyətə malik olduğunu  qeyd edərək ulu öndər Heydər Əliyevin ruhuna rəhmət diləyib.

Sonra akademik Akif Əlizadə gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Alim qısa zaman ərzində Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb: «AMEA-nın magistraturasının böyük nüfuz və reytinq qazanması alimlərimizin uğurudur və buna görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda AMEA-ya çoxlu sayda abituriyentin sənəd verməsi Akademiyada yaradılan şəraitdən, magistratura təhsil pilləsinin müvəffəqiyyətlə həyata keçirilməsindən xəbər verir».

Mövzu ilə əlaqədar çıxış edən Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə böyük marağın olmasından danışıb. O, AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, o cümlədən orta hesabla hər bir yerə 20-dən artıq ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.

İclasda magistratura səviyyəsinə qəbul və magistr hazırlığı prosesilə bağlı həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öz təkliflərini verib, ölkəmiz üçün yüksəkixtisaslı kadr hazırlığında, yeni elmi nəslin yetişdirilməsində AMEA-nın böyük potensiala malik olduğunu vurğulayıb.

İclasda akademik A.Əlizadə Akademiyanın elmi müəssisələrində ingilis dilinin öyrənilməsinin vəziyyəti, alimlərin biblioqrafik göstəricilərinin müasir tələblər səviyyəsində nəşr edilməsi ilə bağlı çıxış edib, təkliflərini səsləndirib.

Sonra AMEA rəhbəri Akademiya ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif AbbasovGenetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.

Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: «Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq».

İşlər İdarəsinin müdiri F.Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını diqqətə çatdırıb. O, AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.

science.gov.az

 


30.06.2017
“Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən AMEA-nın Dendralogiya İnstitutunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş “Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən AMEA-nın Dendralogiya İnstitutunda Bakı şəhərində yerləşən Dəyanət Litseyinin şagirdlərinin iştirakı ilə tədbir keçirilibdir.Dendrologiya İnstitutunun rəhbərliyi və aparıcı mütəxəssisləri Birliyin rəhbər və ekspertləri ilə birgə tədbirə hərtərəfli elmi-metodiki dəstək veriblər. Seminar-məşğələni giriş sözü ilə Birliyin rəhbəri b.ü.f.d. Vaqif  Əmikişiyev və Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.e.d. Zümrüd Məmmədova açıblar. Daha sonra İctiamiyyətlə əlaqələr   şöbəsinin müdiri Zeyvəliyeva Tünzalə,  Herbari və toxumçuluq laboratoriyasının  müdiri Həsənova Minarə, Beynəlxalq əlaqələr şöəsinin baş mütəxəssisi Xəlilov Rəşad və  Birliyin ekspertləri şagirdlərə biomüxtəlifliyin dəyərləri, Azərbaycanın zəngin bioloji müxtəlifliyi, nəbatat bağları, Dendralogiya İnstitutu, onun tarixi, elmi istiqamətləri, burada yaradılmış park-bağ və onun bitki müxtəlifliyinin qorunmasında, şəhərlərin yaşıllaşdırılmasında, əhalinin təsərrüfat fəaliyyətində əhəmiyyəti haqda geniş və əhatəli informasiyalar verməklə, şagirdlərlə disbutlar, ekoloji oyunlar keçiriblər. Bir neçə saat davam edən tədbirdə şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb, sonda onlara müzakirə edilən məsələləri əhatə edən çap materialları paylanıb. Bu cür seminar -məşğələlərin biomüxtəlifliyin dərk olunması ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində maraqlı bir təşəbbüs kimi müntəzəm olaraq keçirilməsi məqsədə müvafiq olardı.

IMG_9046     IMG_9037


15.07.2017
AMEA-nın Dendrologiya İnstitutunda üçüncü “Fizika və lirika” konfransı keçirilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuAzad Həmkarlar İttifaqıvə Alimlər Evinin təşkilatçılığı ilə üçüncü “Fizika və lirika” konfranIMG_9217sı keçirilib.

AMEA-nın Dendrologiya İnstitutunda keçirilən tədbirdə akademiya əməkdaşlarının bədii yaradıcılığını özündə əks etdirən “Biz də varıq” və “Plyus bədii yaradıcılıq” ədəbiyyat antologiyalarının təqdimatı olub.

Əvvəlcə konfrans iştirakçıları AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək bu günün əlamətdar hadisə olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə tariximizin yeni epoxasının başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə digər sahələrlə yanaşı, elm, ədəbiyyat, mədəniyyət, incəsənət də yüksək səviyyədə inkişaf edib. Akademik bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

İ.Həbibbəyli “Fizika və lirika” layihəsinin elmi idrakla bədii idrakın sintezi olduğunu və növbəti konfransın MDB ölkələri səviyyəsində beynəlxalq miqyasda keçiriləcəyini vurğulayıb.

Konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azad Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa AlıyevElm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb, yeni nəşrlərlə bağlı fikirlərini bölüşüblər.
Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədin “Fizika və lirika” konfransları: elmlə ədəbiyyatın dialektik əlaqəsi”, bu qurumun baş elmi işçisi, professor Vüqar Əhmədin “AMEA-da ədəbi proses: mövcud vəziyyət və qarşıda duran vəzifələr”, professor Rəhim Əliyevin “Biz də varıq” şeir antologiyası elm adamının bədii düşüncəsinin ifadəsi kimi”, aparıcı elmi işçi Rasim Qurbanovun “Müasir ədəbi prosesdə “Plyus bədii yaradıcılıq” ədəbi antologiyasının yeri və əhəmiyyəti” mövzularında məruzələri dinlənib.

Sonda tədbir iştirakçıları böyük rus şairi Sergey Yeseninin ev-muzeyini ziyarət ediblər.

 www.science.gov.az 

IMG_9298IMG_9235_MG_9186IMG_9166

 
 
 
 
 
 
 
 
 
 

 


19.07.2017
Akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, AMEA işlər idarəsinin rəisi F. AbdullaIMG_4518yev, AMEA-nın AHT sədr müavini H.Qurbanov,  AMEA Dendrologiya İnstitutunun direktoru T. S. Məmmədov Xəzər rayonu Mərdəkan qəsəbəsində Dendrologiya İnstitutunun nəzdində yerləşən  “Elm” istirahət  mərkəzində AMEA əməkdaşları uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün təşkil edilən düşərgədə olmuşlar.

AMEA-nın  prezidenti Akif Əlizadə bə sınaq mərkəzində  Abşeron florasının  qida əhəmiyyətli  bitkilərinin təbii bərpasını nəzərdə tutmuş yeni elmi istiqamətlərinin müəyyənləşdirəcəyini də bgələcəkdə görüləcək işlər barədə öz tövsüyyələrini verərək AMEA Dendrologiya İnstitutunun  bu təcrüildirmişdir. Bununla yanaşı AMEA əməkdaşlarının  və onların himayəsində olan  övladlarının gələcəkdə  istirahətinin təmin edilməsi, sosial şəraitinin yaxşılaşdırılması, idmana olan marağının artırılması məqsədi ilə futbol, voleybol, tenis, baksetbol meydançalarının da yenidən qurulması nəzərdə tutulmuşdur.


20.07.2017
“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı çapdan çıxıb

Dendrologiya İnstitutunun direktoru, AMEA20227634_1998212837132469_907974028_o-nın müxbir üzvü Tofiq Məmmədov və   Dendrologiya İnstitutunun elmi işçi vəzifəsində çalışan Pərvin Şıxəliyevanın “Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı çapdan çıxıb.

Kitabda  biologiya və ekologiya fənnlərinin tədrisində  sinifdənkənar və dərsdənkənar  dərnək məşğələlərinin təşkilində şagirdlərin ətraf aləmlə tanışlığı, idrak marağının artırılması istiqamətində  metodiki və praktiki materiallar təqdim olunur.

Yerin flora və fauna genofondunun mühafizəsi, biomüxtəlifliyin artı­rıl­­ması, ekoloji tarazlığın saxlanılması istiqamətində dünya alimləri tərəfindən ge­niş təd­qi­qat işləri aparılmaqla yanaşı bu problemlərin həlli istiqamətində mək­təb­lər­də biologiyanın tədrisində çoxsahəli əyləncəli-metodik  la­yi­hə­lərdə hazırlanır.

Xüsusən də məktəblərdə, biologiya və ekologiya elminin tədrisi  şagirdlərə canlı təbiətin maddiliyini, qanunau­yğun­luq­larını, canlıların yaranmasını, quruluşunu, yayılmasını, inkişafını öyrətməklə yanaşı, ətraf mühitin mü­hafizəsinin zəruriliyinin dərk edilməsində əsas rol oynayır.  Biologiya və eko­logiya elminin mənimsənil­mə­sində bit­kilərin sənaye və təsarrüfat əhə­miy­yətliliyi, ço­xal­dıl­ması, yerli şəraitə uy­ğun­laş­dı­rıl­ması sahəsində biliklərin artırılmasında sinif­dən­kə­nar təbiətə ekskursiya, mü­şa­hi­də və təc­rü­bələrin qоyulması bu elmə maraq dairəsinin artmasına səbəb olur.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabında əyləncəli metodik layihələr əsasında məşğələlərin təşkili uşaq və gənclərin ekoloji mədəniyyətinin formalaşdırılmasında, xeyirxahlığın tərbiyə olunmasında, müşahidəyə maraq və tələbatın yaradılmasında  böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən belə ekoloji və bioloji məşğələlər insanları təbii resurslardan düzgün  istifadəyə  vəekoloji tərbiyə əsasında təbiətə qayğı ilə yanaşmağa sövq edir.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı I-XI sinif şagirdləri, biologiya və ekologiya müəllimləri və təbiətsevərlər  üçün  nəzərdə tutulmuşdur.


18.09.2017
MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı və və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda elmi konfrans işə başlayıb

Sentyabrın 18-21-ə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyaları MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayı və 15057172975765242020_1000x669“İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda elmi konfrans işə başlayıb.Qurultayda 11 ölkədən 200-dən çox nümayəndə iştirak edir. Tədbirdə MDB ölkələri üzrə Botanika Bağları Cəmiyyətlərinin hesabatının müzakirəsi, botanika bağlarının, dendrarilərin təbiət abidələrinin, genofondun mühafizəsində, biomüxtəlifliyin artırılmasında rolu, nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin areallarda yayılmasının və say nisbətinin elmi əsaslarla araşdırılması haqqında məruzələr dinləniləcək. Həmçinin ölkələrarası sərhədyanı ərazilərin florasının birgə işlənilməsi istiqamətində müzakirələr aparılacaq, problemlər və onların həlli yolu istiqamətində müvafiq müqavilələr bağlanılacaq, yekun qətnamə qəbul ediləcək.

İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri müasir dövrün qlobal problemlərdən biri olub, dünya alimləri tərəfindən bu sahədə geniş tədqiqat işləri aparılır. Məhz buna görə də respublikamızda “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda keçirilən konfransın əsas məqsədi biosferdə iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri, yeni introduksiya olunan, aborigen, kosmopolit növlərin təbiətdə yayılması, növlərin populyasiyalarda say nisbətlərinin dəyişməsinə səbəb olan ekoloji amillərin təyini və onların mühafizəsi istiqamətində aparılacaq elmi-tədqiqat işlərinin müzakirəsində qarşıya çıxan problemlərin birgə həlli yollarının araşdırılmasıdır. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar biologiya elminin inkişafına öz töhfəsini verəcək

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov vurğulayıb ki, qurultayın və elmi konfransın ölkəmizdə təşkili xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilməkdə olan növlərin artırılması, bitkilərin introduksiyası və iqlimləşdirilməsi, dərman və təsərrüfat əhəmiyyətli bitkilərin seleksiyası və bu kimi məsələlər müzakirə ediləcək, qəbul olunacaq qərarlar bu problemlərin həlli istiqamətində irəliyə doğru atılacaq addımlardan biri olacaq. Konfrans və qurultay iştirakçılarına yeni elmi nailiyyətlər arzulayan Ə.Əmiraslanov tədbirlərin beynəlxalq elmi əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması baxımından belə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən danışan T.Məmmədov diqqətə çatdırıb ki, Dendrologiya İnstitutu Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir.

MDB ölkələri Botanika Bağları Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyası Baş Botanika Bağının direktoru, professor Aleksandr Demidov bildirib ki, tədbirdə müvafiq sahənin tanınmış alimlərinin bir araya gələrək müzakirə edəcəkləri məsələlər və qəbul olunacaq qərarlar biologiya elminin inkişafına öz töhfəsini verəcək, bioloji müxtəlifliyin qorunmasında, ətraf mühitin mühafizəsində böyük dönüş yaradacaq.

Gürcüstanlı alim Rezo Cabnidze və digər çıxış edənlər də diqqətə çatdırıblar ki, konfrans aktuallığı ilə diqqəti cəlb edir. Bu istiqamətdə dünya alimləri tərəfindən geniş tədqiqat işləri aparılır, bir çox konvensiya və qurultaylarda iqlim dəyişkənliyinin təbiətdə baş verən proseslərə təsirinin araşdırılması üzrə müxtəlif proqram, layihə və qətnamələr hazırlanır. Qurultay və konfransda biologiyanın ümumi və nəzəri əsasları, bitki genofondunun artırılması, iqlim dəyişkənliyinin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri və s. üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Sonra konfrans “Qlobal iqlim dəyişkənliyinin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri”, “İqlim dəyişkənliyinin landşaft memarlığına təsiri”, “Ətraf mühit çirkləndiricilərinin iqlim dəyişikliyinə təsiri”, “Bitkilərin biomüxtəlifliyinin in vitro, in situ, ex situ şəraitində öyrənilməsi və biomüxtəlifliyinin qorunmasının hüquqi-normativ bazası”, “İqlim dəyişkənliyinin növlərin yayılmasına təsiri”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri”, “Biomüxtəlifliyin qorunması problemləri” mövzularında bölmə iclasları üzrə işini davam etdirib.

Beynəlxalq tədbir sentyabrın 21-də başa çatacaq.


AMEA Dendrologiya İnstitutunun əməkdaşları Fəxri Fərmanla təltif olundu
Azərbaycan Milli Elmlər Akademiyas12234917_853950231379372_2508581091909300452_nının  70 illik yubileyi münasibəti ilə Dendrologiya İnstitutunun əməkdaşlarına  Fəxri Fərman təqdim edildi.
 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirildi. İclasda ilk öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi akademik  Əhliman Əmiraslanov çıxış edərək, Akademiyanın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq haqqında məlumat verdi. Daha sonra Ə. Əmiraslanov AMEA-nın 70 illik yubileyi münasibətilə fəxri adlara, orden və medallara layiq görülən akademiya əməkdaşlarını təbrik etdi.O, bildirdi ki, fəxri adlarla yanaşı, AMEA-nın elmi tədqiqat institutlarının bir qrup əməkdaşları müvafiq bölmələrin   fəxri fərmanlarları ilə  təltif olunublar. Bununla əlaqədar olaraq, AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinin 30-a yaxın əməkdaşı Fəxri Fərmanla layiq görülmüşdür. Fəxri fərmanlar akademik Ə. Əmiraslanov və akademik R. Əliquliyev tərəfindən təqdim olundu. Təltif edilənlər sırasında AMEA-nın Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, Zoologiya İnstitutu, Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu və Mərkəzi Nəbabət Bağının əməkdaşları ilə yanaşı Dendrologiya İnstitutunun əməkldaşları: Bağırova Samirə, Gülməmmədova Şəlalə, Əliyev Rauf və Bağırlı Afaq Fəxri fərmanla təltif edildilər.

Invalid Displayed Gallery


 

AMEA-nın müxbir üzvi Tofiq Məmmədov Pakistanda “14-cü Milli və 5-ci Beynəlxalq Botanika Konfransın”- da iştirak etdi.

AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Sadiq oğlu Məmmədov  15-18 yanvar 2016-cı il tarixində Pakistanın Kəraci şəhərində Pakistan Botaniklər Cəmiyyəti (PBS) və  Pakistan Kəraçi Universitetinin təşkilatçılığı ilə «İqlim dəyişkənliyi və Bitki Biomüxtəlifliyi: Problemlər və imkanlar» mövzusunda  14-cü Milli və 5-ci Beynəlxalq Botanika Konfransında iştirak etdi. O, konfransda “Azərbaycanın ağac və kollarının monitorinqi”adlı məqalə ilə çıxış etdi. Məqalə ətrafında müzakirələr aparıldı və çıxış yüksək səviyyədə qəbul edildi. Məqalə konfransın materiallar toplusunda dərc edilmişdir. İnstitutun gənc dissertantı S. B. Bağırovanın “Evkalipt cinsinə aid bəzi növlərin Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və dendroxronoloji təhlili” adlı məqaləsi də həmin topluda dərc edilmişdir.


AMEA-nın Dendrologiya İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümü  ilə əlaqədar tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Tofiq Sadiq oğlu Məmmədov Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verdi. Xocalı faciəsinin  sözün əsl mənasında soyqırım olduğunu Xocalı soyqırımını harada yaşamağından asılı olmayaraq-Azərbaycanda, Azərbaycandan kənarda Azərbaycan həqiqətlərini eləcədə Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsübətlərin təbliğ edilməsi istiqamətində öz fəaliyyətini ortaya qoymaq hər bir vətəndaşlıq borcu olduğunu vurğuladı. Daha sonra Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Zeyvəliyeva Tünzalə  çıxışında erməni şovnistləri tərəfindən törədilən bu faciənin miqyasının son dərəcədə böyük və ağrılı olduğunu dilə gətirərək Xocalı haqqında geniş məlumatlar verdi. Sonda dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımında şəhidlərinin əziz xatirəsinə həsr olunmuş video görüntülər nümayiş etdirildi.

 Dendrologiyadendrologiya
dendrologiya 1

 


 

“Ölkəmizi tanıyaq” adlı tur aksiyası Dendrologiya İnstitutunda

Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən etibarən “Ölkəmizi tanıyaq” adlı marifləndirici tur-aksiyası təşkil olunur.

Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə Respublikamızı daha dərindən tanımaq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının bir qrup şagirdləri Bakıda olmuş, ölkəmiz haqqında geniş və ətraflı məlumat əldə etmişlər.

Məktəblilər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər, Dağüstü parkda olublar, İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayı ilə tanış olublar. Məktəblilər Suraxanıda, Qalada ”Tullantıdan sənətə” sərgisində, daha sonra AMEA-nın Dendrologiya İnstitutunda oldular.

Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən  Tur-aksiya iştirakçılarına elmi müəssisənin tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında geniş məlumat verilib. Naxçıvanlı şagirdlər, həmçinin İnstitutda 1800 növ ağac və kol bitkiləri, müasir standartlara cavab verən oranjeriyalar, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkilər, fond kolleksiyaları ilə yaxından tanış olublar.
IMG_2013IMG_1997IMG_2019

 

 

 

 

 

 


AMEA- nın Dendrologiya İnstitutunda 8MART Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi.
AMEA- nın Dendrologiya İnstitutunda 8MART Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi.

AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov  İnstitutda çalışan qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi. O qadınların cəmiyyətdəki mühüm rolundan və müasir cəmiyyətimizdə Azərbaycan qadınlarının yüksək mövqe tutduğunu vurğuladı. O, bir daha Azərbaycan qadınlarını təbrik edərək, onlara ailə səadəti işlərində uğurlar arzuladı.


 

Tofiq Məmmədov Şöhrət Ordeni ilə təltif olundu

1420816863_633515_39744

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmmədov Tofiq Sadiq oğlunun Şöhrət Ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Tofiq Memmedov1

Azərbaycan Respublikasının Prezdenti cənab  İlham Əliyevin sərancamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasıın  70 illik yubleyi münasibəti ilə, Azərbaycan elminin inkişafında  xidmətlərinə görə Dendrologiya İnstitutunun  direktoru AMEA-nın   müxbir üzvi  Tofiq Sadiq oğlu Məmmədov Şöhrət Ordeni ilə təltif edilmişdir. Bu münasibətlə Dendrologiya İnstitutunun kollektivi adından onu təbrik edir, can sağlığı, uzun ömür, Azərbaycan elminin inkişafı naminə yeni uğurlar arzulayırıq.

 



Azərbaycan Silahlı qüvvələri düşmənin layiqli cavabını verdi

Aprelin 1-dən 2-nə keçən gecə dən başlayaraq Ağdərə,Tərtər, Ağdam və Xocavənd,Füzuli istiqamətində yerləşən ərazilərdə Azərbaycan və Erməınistan silahlı qüvvələri arasında hərbi münaqişə baş vermişdir. 24 il erməni təcavüzkarlığı nəticəsində düşmən tapdağında qalan torpaqlarımızın bir qismi rəşadətli ordumuzun şücaəti nəticəsində düşmən azad edilmişdir. Döyüş nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən təmizləndi. Füzuli rayonu ərazisində yerləşən, yüksək strateji əhəmiyyətə malik olan “Lələ təpə” adlandırılan yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin ictimayyətə verdiyi məlumata əsasən döyüş zamanı Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub. Beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini 3 aprel saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etməsinə baxmayaraq Erməni silahlı qüvvələri vəziyyəti gərginləşdirərək atəşkəsi pozmaqda davam edir.

“SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

23- 27 may 20скачанные файлы16-cı il tarixlərində  Türkiyənin Antalya şəhərində 7 ölkənin təşkilatçılığı  ilə “SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

“SEAB–2016. Avrasiyada Biomüxtəliflik” simpoziumunda Azərbaycanın Türkiyə Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova,   həmsədr AMEA-nın müxbir üzvü, prof. Tofiq Sadiq oğlu Məmmədov (AMEA Dendrologiya İnstitutu, Azərbaycan) açılışda çıxış etmiş, simpoziumun. işinə uğurlar d(168)iləmişlər. Çıxışında beynəlxalq simpoziumların keçirilməsinin əsas məqsədi və vəzifələri haqqda o cümlədən Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, biomüxtəlifliyin  qorunması istiqamətndə elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının birgə səyi nəticəsində bu problemin  həllində əməkdaşlığın  əhəmiyyəti haqda məlumat vermişdir. Simpozuma 700 məqalə daxil olmuş, o cümlədən  Azərbaycan respublikasının AMEA –nın Dendrologiya İnstitutu, Botanika İnstitutu,BDU, Gəncə  Dövlət Universitetinin 20-dən çox   elmi  əməkdaşları fəal iştirak etmiş, maraqlı məqalələri ilə çıxış etmişlər. Təqdimatla çıxış edən elm adamlarının seçilmiş mövzuları impakt faktorlu IJSM jurnalında «Avrasiyada biomüxtəliflik» simpoziumu adı altında dərc ediləcəkdir.  Avrasiyada Biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium qətnamə qəbul edilmiş, növbəti “SEAB-2017. Simpoziumun Belarusiyanın Minsk şəhərində keçirilməsi qərara alınmışdır.

(127)

 

 Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov MDB üzrə Botanika Bağları Cəmi(386)yyətinin III Qurultayında iştirak edib Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 18-22 sentyabr 2016-cı il tarixlərində Belarus Respublikasında elmi ezamiyyətdə olub.
 

Tofiq Məmmədov Belarusun Minsk şəhərində keçirilən MDB üzrə Botanika Bağları Cəmiyyətinin III Qurultayında Azərbaycan Botanika Bağları Cəmiyyətinin sədri kimi iştirak edib. Tədbirdə T.Məmmədov “Azərbaycan Botanika Bağlarının müasir vəziyyəti, perspektivləri və inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi qurultay iştirakçıları tərəfindən maraqla qarşılanıb.

31 oktaybr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiya­sında II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirildi.

Azərbaycan Milli Elmlər Akademi­yasının Dendro­logiya İnstitutu “II Azərbaycan Elm Festivalı-2016” proqramı çərçi­vəsində sərgidə iştirak edib. Festivalda son illər elmi işçilərin əldə etdiyi elmi nailiyyətlər, son bir ildə dərc olunan kitablar, innovativ yeniliklər nümayiş etdirildi. Sərgidə laboratoriyalarda istifadə olunan müasir avadanlıq və cihazlarla yanaşı qeyri — adi ekzotik otaq bitkiləri də nümayiş etdirildi.

Elmi nailiyyətləri özündə əks etdirən məruzələr, sırasında İnstitutun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Gülməmmədova Şəlalə “Dekorativ kompozisiyaların ətraf mühitin mühafizəsində rolu” adlı məruzə ilə çıxış edib.

 

09.12.2016-cı il tarixində AMEA Rəyasət Heyəti  Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirildi.

İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik  Əhliman Əmiraslanov gündəlikdə duran məsələlərlə bağlı ətraflı məlumat verdi. Daha sonra  məruzəçi  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru  aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev  “İqlim dəyişkənlikləri və Azərbaycanda yeraltı sulardan istifadə məsələləri” adlı məruzə ilə çıxış etdi.

Daha sonra  Elmi — Təşkilati məsələlər barəsində irəli gələn məsələlər müzakirə edildi. Elmi-təşkilati məsələlər müzakirə edilərək  bəzi institutların tərkibində sturktur dəyişiklikləri edərək, yeni şöbələrin yaradılması qərara alındı.  Bir sıra institutlarla yanaşı Dendrologiya İnstitutunda da ictimai əlaqələr şöbəsinin  yaradıldı. Dendrologiya İnstitutu İctimai əlaqələr   şöbəsinə Tünzalə Nəriman qızı Zeyvəliyeva müdir vəzifəsinə təsdiq edildi.

 

BN