• Çar. Nis 17th, 2024

Karantin rejimində insanlarda immunitetin gücləndirilməsinə dair məqalə beynəlxalq jurnalda işıq üzü görüb

Bydendrologiya.az

Ağu 13, 2020

AMEA-nın Dendrologiya İnstitutunun Efir yağlı bitkilər laboratoriyasının elmi işçisi Vüsalə Bədəlovanın “Karantin rejimində insanlarda emosional gərginliyin artmasına Passiflora İncarnata L. növün sedativ təsiri” mövzusundakı məqaləsi IV Beynəlxalq Asiya Müasir Elm Konqresinin jurnlında dərc olunub.

Məqalədə COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində insanlarda emosional gərginliyin artmasına Passiflora İncarnata L. növün sedativ təsiri, immunitetin gücləndirilməsi, immun sisteminə müsbət təsir edən və emosional gərginliyi aradan qaldıran xüsusiyyətləri yer alıb.