Möhkəm ol, qəhrəman Tovuzum!

“Müharibə itkisiz olmur!Mənfur düşmən tərəfindən 12.07.2020 ci il tarixində Tovuz rayonu istiqamətində gedən döyüşdə Şəhidlərimizvar! Dünən günorta saatlarında mənfur düşmənlərin növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi vurulub və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyiblər!”
İlham Əliyev

Kicik Qafqazın ətəyində, Azərbaycan Respublikasının qərbində Tovuz rayonunun Ağdam kəndi yerləşir. Kəndin adı rayonun ərazisindəki eyniadlı dağdan goturulmuşdür. Ağdam kəndi Ermənistanla həmsərhəddir…. Və buna görə də cəbhə xətti kəndin yaxınlığından keçir.Ermənistan ordusunun bölmələri- nankor düşmənimiz uzun illərdi Tovuz rayonunda atəşkəs rejimini kobud şəkildə pozaraq, mövqelərimizi dayanmadan atəşə tutublar…Ağdam kəndini daim atəş altında saxlayır və yanğınlar törədirlər….Yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan «Alı dədə» abidəsi kimi tanınan, türbə də yanıb.
Tovuz istiqamətində atışmalar 1992-ci ildən bu günə qədər fasilələrlə davam edib….Tovuz rayonunun Ağdam kəndi 1992-1994-cü illərdə mütəmadi qrad atəşinə tutulub. Lakin tovuzlular Tovuzu tərk eləmədi…
Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində torpaqlarımızı ələ keçirmək məqsədi ilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib, günorta saatlarından başlayaraq Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, mövqelərimizi atəşə tutublar.
İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib.
Ermənistan ordusu Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutmaqda davam edib.
Əsgərlər döyüş meydanında döyüşərkən hər zaman arxasında Tovuz camaatını evlərində işığı yanan görüblər, heç kəs döyüş zamanı bombaların evlərə düşməsindən qorxub, təşvişə düşüb qaçmayıblar…. Heç bir yerli sakinlər əsgəri düşmən qarşısında tək qoymayıb, hər zaman Azərbaycan əsgərinin kürəyi arxasında dağ kimi dayanıblar…Bunun real sübutu iyulun 14-ü günorta saatlarında Azərbaycanda Tovuz istiqamətində gedən döyüşlərdə artilleriya atəşi nəticəsində təqaüdçü kənd sakininin öz evində həlak olmasıdır… Həmişə qürur hissi duymuşam ki, Azərbaycan Ordusunun əsgərləri canlarından, qanlarından keçib, amma bir qarışda olsa düşmənə Tovuz torpağına ayaq basmağa aman verməyib və verməyəcək… Tovuzda həyat davam edir… Heç bir kənd boşaldılmayıb.Döyüş meydanına Azərbaycan Ordusuna kömək etmək istəyən, orduya dəstək üçün vətənpərvər oğullar Tovuz rayonunun bütün kəndlərindən döyüş bölgəsinə axışıb gəlib…. Bu çox qürurverici addımdır…. Sərhədlərin bütövlüyünü Azərbaycan Ordusu qoruyur.İgid əsgər möhkəm dayan! Möhkəm ol, qəhrəman Tovuzum!
Tovuz əzəldən torpaq vermədi düşmənlərə!
Həmişə Tovuz belə ağır sınaqlara dözüb, üzü ağ çıxıb!
Başın sağ olsun Vətən! Şəhidlərìmizin ruhu qarşısında baş əyirik!Yaralılılarımıza Allahdan şəfa diləyirik! Allah Ali Baş Komandanımızı qorusun! Allah Ordumuzu qorusun! Azərbaycanımız, elimiz, obamız, var olsun!
Azərbaycanın bütövlüyünü, suverenliyini, mövqeyini, mənafeyini canları bahasına qoruyan Şəhidlərmizə Allah rəhmət eləsin! Döyüşdə Şəhid olan əsgərlərimizin məkanı cənnət olsun!
Tovuz rayonunda gedən döyüşləri şəhidlər yaddaşımıza öz qanları ilə yazdılar! Sizin qanınız heç vaxt yerdə qalmaz!!! Döyüşdə olan əsgərlərimizə Allah kömək olsun! Ulu Tanrı oğullarımızı yağı düşmən gülləsindən qorusun!

Bir daha fəxr edirəm ki, mən Tovuzluyam .

AMEA Dendrologiya İnstitutu, biologiya üzrə
fəlsəfə doktoru, dosent Minarə Həsənova

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN