COVID-19 xəstələrini izləyən sistem yaradılıb

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi geolokasiya və mobil rabitə operatorlarının məlumatları əsasında koronavirusa yoluxanların izlənilməsi qaydalarını hazırlayıb.

securitylab.ru saytı xəbər verir ki, qaydaların əsasını Səhiyyə Nazirliyinin COVID-19 xəstəsinin telefon nömrəsi haqqında məlumatları təşkil edəcək. Bundan sonra xüsusi alqoritmlər xəstə ilə birlikdə olan, eləcə də yoluxmuş şəxslə mobil rabitə vasitəsilə əlaqə yaradan insanların siyahısını tərtib edəcək.

Siyahı abunəçilərin birlikdə keçirdikləri vaxt və müşahidə olunan dövr ərzində hərəkət xüsusiyyətləri haqqında məlumatları nəzərə alınaraq dəqiqləşdiriləcək.

Nəticədə xəstə ilə birbaşa ünsiyyət zamanı COVID-19-a yoluxma riskinə məruz qalan abunəçilərin telefon nömrələrinin siyahısı yaradılacaq. Əldə olunan məlumatlar Rusiyanın qeyd olunan nazirliyinin informasiya resurslarında mərkəzləşdirilərək Rusiya Federasiyasının operativ qərargahlarına, Rusiya Qvardiyasına, Daxil İşlər və Səhiyyə nazirliklərinə göndəriləcək.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN