AMEA -nın müxbir üzvü Dendrologiya İnstitutunun dirtektoru Tofiq Məmmədov Azərbaycan televizyasına müsahibə vermişdir.

Tofiq Məmmədov Dendrologiya İnstitutu tərəfindən Abşeron rayonu Saray qəsəbəsində fəaliyyət göstərən təcrübə sahəsində boş torpaq sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları: tərəvəz, bostan, dənli, bitkilərin yetişdirildiyini vurğuladı.

Alim təsərrüfat əhəmiyyətli efir yağlı bitkilər qruplaşdırılaraq sedafit xüsusiyyətləri təhlil edilməklə kənd təsərrüfatı əhəmiyyətli məhsuldar bitkilərin keyfiyyətli sortlarının seçilməsi məqsədiylə AMEA Dendrologiya İnstitunun Saraq Dayaq Məntəqəsində 5 mindən çox dərman əhəmiyyətli bitkilərin əkildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Saray Dayaq Məntəqəsində dərman əhəmiyyətli bitkilərin Abşeron torpaq-iqlim şəraitinə davamlıllığı, bioloji, ekoloji və dekorativlik xüsusiyyətləri hər tərəfli elmi əsaslarla öyrənilmiş, Cupressus L.,Thuja L., Pinus L. cinsinə aid növləri əkilmiş toxumları əlverişlı nəticə verimiş, 4 hektar ərazidə yumuşaq buğda sortundan yüksək məhsulu əldə edilmişdir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN