Abşeronun iqlim şəraitinə davamlı olub yaşılaşdırmasındq geniş istifadə edilən Albizzia julibrissin Durazz​ Lənkəran akasiyası

Azərbaycanın endemik bitkisi​ olan Lənkəran akasiyası (Güləbrişin), (İpək akasiya) (Albizzia julibrissin Durazz.) Lənkəran bölgəsindən​ gətirilmiş toxumları Abşeron şəraitində AMEA Dendrologiya institunun təcrübə sahəsində​ ​ səpilərək cücərtilərinin bioekoloji xüsusiyyətləri, iqlim amillərinə​ təsiri öyrənilmişdir.

Bitki haqqında ətraflı məlumat AMEA-nın müxbir üzvü Dendrologiya institutunun direktoru Tofiq Məmmədovun müəllifi olduğu Azərbaycan Dendroflorasının III cildində ətraflı məlumat verilib.

Bakı parklarında bir zamanlar ona tez-tez rast gələrdik. ​ Qırmızı kitaba düşən “İpək gülü” adlandırılan bu bitkini daha çox Lənkəran akasiyası kimi tanıyırlar.

​ “Lənkəran akasiyası” dünyanın subtropik və tropik ərazilərindən başqa, mülayim iqlim zonalarında, Avropa, Aralıq dənizi ətrafında, Krım, Qafqazın Qara dəniz sahilində geniş yayılıb. Vətənində, Azərbaycanda isə “Qırmızı kitab çiçəkləri”ndəndir.

Ukraynanın cənub bölgələrində “Lənkəran Albissiyası” ən gözəl ağaclardan sayılır. Kerç şəhərində daha çox rast gəlinir. Bu şəhərin xiyabanları, çoxsaylı bağları akasiya ilə bəzənib. Qeyd edək ki, “Lənkəran Albissiyası” Argentinanın şimal və mərkəz hissələrində yayılıb.

Vətənimizdə isə ona yalnız Lənkəran zonasında rastlamaq olar. Burada onun «ipək akasiya», «güləbrişin» və ya «Lənkəran akasiyası» adlı növü bitir. Bu növün elmi adı fars dilindən tərcümədə «gul-i abrişam», yəni “ipək gülü”dür.

İnstitutun təcrübə sahələrində becərilən Albizzia julibrissin Durazz​ növünü yaşıllaşdırmada geniş istifadə edilir

Lənkəran akasiyası (Albizza​ julibrissin), toxumları Lənkəran rayonundan Dendralogiya İnstituna gətirilərək Abşeron yarımadasının iqlim şəraiti ilə uyğunlaşması müqayisəli şəkildə öyrənilmişdir. Tədqiqat aparılan Lənkəran akasiyası (Albizza​ julibrissin)​ (Fabaceae A. Br.) fəsiləsinin​ Güləbrişin (Albizza L.) cinsinə ​ aiddir. Güləbrişin cinsinin (Albizza L.) Asiya,Afruka və Avstraliyanin tropik​ və subtropik​ zonalarında 50-yə yaxın növməlumdur. Azərbaycanda 1 növü təbii bitir.

Аbşеrоn şərаitində bеcərilən və tədqiqаt оbyеkti kimi istifаdə оlunаn Lənkəran akasiyası (Albizza​ julibrissin), növünün mеyvəvеrmə və çiçəkləmə хüsusiyyətlərinə dаir biliklərin, biоlоgiyаsının mənimsənilməsində, həm də gələcəkdə аpаrılаn еlmi tədqiqаt işlərinin dаvаm еdilməsində böyük əhəmiyyəti vardır. Apаrılmış tədqiqаtlаr nəticəsində müəyyən olunan beşillik lənkəran akasiyası ağacının orta hündürlüyü 1,2 m-ə kök boğazından gövdəsinin diametri​ isə orta hesabla 4 sm təskil edir. Münbit torpaqlarda 10 il müddətində 10-12 m yüksəkliyə çatması ilə fərqlənir və çox sürətlə inkişaf edir. ​ Bitki quraqlığa davamlı hesab olunur lənkəran akasiyası 4-5 yaşından sonra çiçəkləyir. İntrоduksiyа оlunаn bitkilərin nоrmаl böyüyüb inkişаf еtməsi ücün оnlаrın düşdükləri yеni iqlim şərаitinə uyğunlаşmаlаrı böyük əhəmiyyət kəsb еdir. Ağаc, kоl bitkilərinin intrоduksiyаsı ücün qışа dаvаmlılıq əsаs аmillərdən sаyılır və ətrаf mühitin аşаğı düşən hərаrət rеаksiyаsı hər bir növ ücün səciyyəvi оlаn cаnlı hücеyrələrin prоtоplаzmаsının хüsusiyyətləri ilə təyin оlunur.

Son dövürdə yaşıllaşdırmada salınan park və bağların yeni landşaft memarlığı əsasında qurulması geniş vüsət almışdır. Bu məqsədlə tətqiq olunan bitkinin -​ tək və qrup əkinlərində, həmçinin dənizkənarı ərazilərdə, yay aylarında istiliyin azalmasında, Abşeron şəraitində​ bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlüdür. Yaşıllaşdırmada istifadə​ məqsədilə tədqiqat işində Abseronda yaşıllaşdırmada geniş yayılmış Fabaceae A. Br. fəsiləsinin Acaciya L. Cinsinə aid Lənkəran akasiyası​ (Albizzia julibrissin Durazz.), növünün bioekoloji xüsüsiyyətləri, çoxaldılması və s. Elmi əsaslarla öyrənilmiş, yaşıllaşdırmada istifadəsi tövsiyyə edilmişdir. Apardığımız tədqiqat işində Lənkəran akasiyası (Albizza​ julibrissin), növünün bioekoloji xüsüsiyyətləri, çoxaldılması və s. elmi əsaslarla öyrənilmiş, yaşıllaşdırmada istifadəsi tövsiyyə edilmişdir.

Lənkəran akasiyası (Albizza​ julibrissin), növünün toxumlarının cucərtiləri​ Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır.

Lənkəran akasiyası AMEA Dendrologiya institunun təcrübə sahəsində​ ​ ​ (Albizza​ julibrissin)​ növü hərtərəfli öyrənilmişdir və məqsədəuyğun istiqamətdə tədqiqat işi​ aparılmışdır.

http://dendrologiya.az/?page_id=3207

 

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN