• Per. Mar 28th, 2024

Dendrologiya İnstitutunun təcrübə sahəsinə baxış keçirilib

Bydendrologiya.az

Haz 19, 2020

[cycloneslider id=”saray”]

AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbəri akademik İradə Hüseynova, vitse-prezidentin xidmətinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov və AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bu müəssisənin Abşeron rayonu Saray qəsəbəsində fəaliyyət göstərən təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

Tofiq Məmmədov qonaqlara sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Bildirib ki, burada əkilmiş 7 min ağac və kol, 8 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikası və bitkilərin yerli şəraitə uyğunlaşma dərəcəsi təhlil edilib.

Qonaqlar təcrübə sahəsinin 4 hektarında aparılmış buğda əkininin vəziyyəti ilə tanış olublar, zəhmət hesabına əmələ gətirilmiş məhsulun itkisiz toplanması üçün tədbirlər görülməsinin vacibliyi qeyd olunub.
Səfər zamanı təcrübə sahəsindən daha səmərəli istifadə olunması ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

Daha sonra akademik İradə Hüseynova və onu müşaiyət edən şəxslər AMEA Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsinə gələrək burada aparılan elmi təcrübə işlərinin gedişi və müxtəlif bitkilərin qiymətli kolleksiyaları ilə tanış olaraq öz tövsiyələrini bildiriblər.