17 iyun 2020 ci il tarixində AMEA-nın Dendrologiya İnstitutunun “Bitki ekologiyası” laboratoriyasının əməkdaşları tədqiqata uyğun olaraq    Xəzər rayonun Buzovna qəsəbəsində ekspedisyada olublar

Ekspedisya zamanı yeni salınmış parklara introduksiya edilmiş yeni növlərə ekoloji amillərin təsirini qiymətləndirmək üçün havanın torpağın temperaturu, havanın nisbi rütubəti və radiasiya fonu olçülmüş, bitkilər üzərində finoloji müşahidələr aparılmış, fotosintez prosesinin gedişini tədqiq etmək üçün bitkilərin  yarpaqlarından nümunələr götrülmüş, xlorofilin  miqdarı  ölçülmüşdür.

AMEA-nın Dendrologiya İnstitutunun “Bitki ekologiyası”  laboratoriyasının əməkdaşları son 3 il ərzində tədqiqat işlərini yeni introduksiya olunmuş növlərə Abşeronun iqlim-torpaq şəraiti, su qıtlığı və son illərdə müşahidə olunan iqlim dəyişkənliyinin təsirini öyrənilməsinə yönəltmişlər. Buraya sənaye tullantıları, atmosfer havasının qaz tərkibinin nəqliyyat vasitələrinin qazlarını əlavə etsək, xüsusilə də gətirilmiş yeni növlərin Abşeron şəraitində məruz qaldığı stress  nəzərə çarpacaq dərəcədə böyükdür. Onlar gətirilmiş yeni ekzotik bitkilərin- ağac və kol bitkilərinin, su qıtlığına, şoranlaşma dərəcəsi və qatılığına yüksək müsbət temperatur göstəriciləri, iqlim dəyişmələrinə və s. ekoloji amillər təsirinə uyğunlaşma, davamlılıq dərəcəsi, biointoksikasiya və bioindikator xassələrini aşkar edərək, Abşeronun iqliminə dözümlü olan dekorativ  bitkilərin  yaşıllaşdırma və introduksiya tədbirlərinə öz təkliflərini vermişlər. Tədqiqat prosesində ən müasir avadanlıqlardan istifadə edərək, həm çöl şəraitində fenoloji müşahidələr, həm də  laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparılır.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN