Viruslara qarşı immunitetin möhkəmləndirilməsində bitkilər böyük rola malikdir

AMEA Dendrologiya İnstitutu “Ağac və kol bitkilərinin intraduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının elmi işçisi Məmmədova İradə institutun ictimaiyyətlə əlaqələr şöbəsinə verdiyi müsahibəsində viruslar və onlara qarşı immunitetin möhkəmləndirilməsində bitkilərin rolundan danışıb.
Bütün orqanizmləri, o cümlədən, insanı əhatə edən mühit fiziki, kimyəvi və antropogen komponentlərin vəhdətindən ibarətdir və insanlar üçün təhlükə mənbəyidir. Virusların mənşəyi biologiyanın həll olunmamış sirrlərindən biridir. Hələ ta qədimdən bu təhlükələri və zərərli ekoloji amilləri aradan qaldırmaq üçün alimlər müxtəlif yollar axtarmışlar. Çox təəssüflə qeyd etmək lazımdır ki, səhiyyə sahəsində elmi nailiyyətlərin bu qədər inkişaf etdiyi bir dövrdə mikroskopik varlıqlar olan virusların tədqiqatı tam oyrənilməyib. Virusların mənşəyi biologiyanın həll olunmamış sirrlərindən biridir. İqlim dəyişkənliyi ilə əlaqədar olaraq ətraf mühitdə virusların inkişafına şərait yaranır. Virus- infeksiyanı bakteriyalar da daxil olmaqla canlı orqanizmlərin hüceyrələrinə yayan hüceyrəsiz bir həyat formasıdır,»zəhər» mənasını verir. Təfərrüatlı şəkildə öyrənilən virusların sayı beş minə çatır, lakin onların həqiqi sayının bir milyondan çox olduğu güman edilir. Virus ölçüsünə görə olduqca böyükdür (diametri 400-500 nanometrdir).Virusların təsnifatına gəldikdə RNTvə DNT tərkiblidirlər. Bütün bəşəriyyəti cənginə alan COVİD-19 virusu RNT tərkibli Coronaviridae viruslar qrupuna aiddir. Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. Bəlli olduğu kimi, bu günə qədər maksimal effekti tam təmin edən spesifik müalicə və profilaktik vasitə olmasa da, dünya alimləri bu yönümdə səylə elmi-tədqiqat işləri aparırlar. ÜST-ün tövsiyələrinə uyğun olaraq bu bəladan qurtulmağın əsas yolları olan evdə qalma, izolyasiya və şəxsi gigiyena (əl və respirator) kimi üsullara tam məsuliyyətlə yanaşmaq və immun sistemin möhkəmlənməsi üçün bir sıra xalq təbabəti üsullarindan istifadə etmək lazımdır. Aparılan araşdırmalara görə bu virusun esas müalicə istiqaməti bir bəlğəmin,bir də iltihabın aradan götürülməsidir.Bunun üçün də orqanizmin müdafiə sisteminin gücləndirilməsi esas yerlərdən birini tutur. Bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və virus xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.Tədqiqatlar nətisəsində müəyyən olmuşdur ki,bir çox bitkilər tərkibinin zənginliyinə görə immun sistemin möhkəmlənməsində çox vacib istifadə olunmalı bitkilərdəndir. Son illərdə bitki mənşəli maddələrin bioloji aktivliyi sahəsində aparılan eimi-təsqiqat işləri əsaslı dərəcədə artmışdır.Təbii sərvətlərin tədqiqi,onlardan səmərəli istifadə olunması müasir dövrün aktual məsələlərindən biridir.Bitki aləmi dərman maddələrinin, o cümlədən,qitmətli efir yağlarının alnması üçün tükənməz xammal mənbəyidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, Exinaseya (Echinasea purpurea),Eleutherekok(Eleuthereucossus),Biyankökü(Glycyrrhiza),Cökə(Tilia),Qara qarağat (Ribes niqrum),Adaçayı(Salviya officinalis) və Adi mərsin(Myrtus communis L.)bitkiləri immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. İmmun sistemi yüksək səviyyədə saxlamaq üçün əsas yeri orqanizmin oksigenlə təchizatı və eyni zamanda düzgün qidalanma durur.
Tərəfimizdən aparılan elmi tədqiqatlar nəticəsində Adi mərsin bitkisinin yarpaqlarından QZX –üsulu ilə alınan efir yağının komponent tərkibi oyrənilmişdir.Beləliklə aşağı temperaturda qaynayan fraksiyanın tərkibində monoterpen birləşmələri qramla:α-pinen (14,5), kamfen (0,5), β-pinen (0,3), limonen (23,4),
sineol(11,7),n-simeol(1,8) aşkar edilmişdir. Adi mərsin efir yağının tərkibində olan limonen və linalool növ üçün ilk dəfə müəyyən edilmişdir.Mərsin efir yağlarının uçucu tullantıları mikroblara qarşı fəaliyyət göstərir.ATU-nun Mikrobiologiya kafedrasında Mərsin efir yağının antimikrob və antifunqal xassələri öyrənilmişdir. Laborator analizlərdə Disk –diffuziya üsulu ilə mərsin yağının 2%-li spirtli məhlulu ilə bəzi mikrob kulturalarından istifadə edərək yağın lizis məsafəsinə görə toksikliyi müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bu təsir uçucu olmayan kristal maddələrin fəallığıdır. Bu maddələrin antibakterial fəallığı, mərsin efir yağının özünün aktivliyindən 500 qat daha yüksəkdir — onlar qram-müsbət sporsuz bakteriyalara, məsələn stafilokokların müxtəlif ştammları, vərəm, nefrit, xronoki pnevmoniya, bronxit, angina difteriya basillərinin və s. inkişafına maneə törədirlər.
Mikrob və viruslarla mübarizədə immunitetin möhkəmlənməsində havanin təmizliyi də əsasdır. Mərsinin uşaq bağçalarında və xəstəxanalarda təsirini sınayan Novosibirsk alimlərinin apardıqları təcrübələrin nəticələri çox maraqlıdır. Beləliklə, iki uşaq bağçasında oyun otaqlarına (ümumi sahəsi 216 və 100 m2 olan) yarpaq sahəsi təxminən 1,3 m2 olan 7 illik 7 nüsxə Adi mərsin bitkisi yerləşdirilib. Bir həftədən sonra qapalı halda havanın mikroflorasında (şərti patogen və patogen mikroorqanizmlərə daxil olan Sarcina, Micrococcus, Basillus, Staphyllococcus) 40-50% aşağı oldu.
Beləliklə, Adi mərsin bitkisinin yuksək antimikrob və fitonsid xısusiyyətlərini nəzərə alaraq, onları əhatə edən qapalı və acıq məkanlarda bu bitkilərin olması mütləqdir.Bunun üçün də,insanların sağlamlığı naminə, patogen və şərti patogen mikrofloranın konsentrasiyasının yüksək olduğu yerlərdə və şəhərin yaşıllaşdırılmasında bu bitkinin geniş istifadəsi tövsiyə olunur.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN