Dendrologiya  İnstitutunun fəaliyyəti karantin rejiminin tələblərinə uyğun bərpa edilib

AMEA-nın prezidenti, Akademik Ramiz Mehdiyev xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında 2020-ci il 4 may tarixli 117 saylı sərəncamına əsasən Dendrologiya institutunda işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etməklə karantin rejimi müddətində növbəliyinin tətbiq edilməsi şərti ilə 30 faiz işçilərin fəaliyyəti qismən bərpa olunub.

İnstitut rəhbərliyinin göstərişi ilə karantin rejimində təxirə salınması mümkün olmayan təsərrüfat işləri, tədqiqat sahəsində bitkilər üzərində fenoloji müşahidələrin aparılması üçün Kadrlar şöbəsi gündəlik işə çıxan 30 faizindən çox olmamaq şərtilə vacib əməkdaşların sayını  müəyyənləşdirərək onların adını “icaze.e-gov.az” portalına yerləşdirib.

Qeyd edək ki, həftənin istirahət günləri institutun laboratoriyaları, iş otaqları və bağın ərazisi dizinfeksiya edilir, işə çıxan əməkdaşlar epidemiya ilə bağlı tibbi-proflaktik davranış qaydalarına riayyət etmələri barədə marifiləndirilir. Digər işə çıxan şəxslərlə məsafə saxlamaqla  minimum kontaktda olmaq tövsiyə edilir. İşə çıxan əməkdaşlar dizinfeksiyaedici məhlullarla, maska, əlcəklərlə təmin edilir.

Elmi müəssisənin rəhbərliyi tərəfindən evdə qalan digər əməkdaşlar və şöbə müdirləri ilə onlayn iclaslarda koronavirus pandemiyası dövründə təşkilatın fəaliyyəti, qarşıda duran məsələlər, görüləcək işlərin istiqamətləri barəsində fikir mübadiləsi aparılaraq müzakirələr edilir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN