“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

— Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi;

— Beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik cağırışları;

— Təkamül və epidemiologiya, gələcək risklər;

— Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

— Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

— COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

— Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

— Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

— Pandemiyalar və bioetik problemlər;

— Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin inkişaf perspektivləri.

Konfransda çıxış etmək istəyənlər tezislərini afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Microsoft Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası interval 1.15 qoyulmaqla 1 səhifə həcmində olmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN