• Cum. Mar 29th, 2024

S ə r ə n c a m

Bydendrologiya.az

May 5, 2020

Akademik Ramiz Mehdiyev xüsusi karantinrejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işədavamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb

Sərəncamda bildirilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində
xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi
məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli qərarına
əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 31 may saat 00:00-dək uzadılmışdır.
Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha
əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində
qüvvədə saxlanılmışdır. Eyni zamanda bəzi məhdudiyyətlərin 4 may 2020-ci il tarixindən
yumşaldılmasına dair qərar qəbul edilmiş və Azərbaycan Respublikasının Baş nazirinin
2 may 2020-ci il tarixli 10/541 nömrəli məktubuna əsasən dövlət qurumlarının rəhbərlərinə
müvafiq tapşırıq verilmişdir. Bunları nəzərə alaraq,
AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərinin rəhbərlərinin nəzərinə
çatdırılır:

Karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq
edilməsinə icazə verilir;

İşə cəlb edilmiş və edilməmiş işçilərin pandemiya və karantin şəraitininqaydalarına ciddi riayət etmələri təmin edilsin;

İşə cəlb edilən işcilər xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilsinlər;

Xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməsin.