AMEA Dendrologiya İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi  yad edilib

AMEA Dendrologiya İnstitutunda   Xocalı faciəsinin 28 ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım  tədbiri keçirilmişdir.

Tədbirdə Xocalıda soyqırım zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na geçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı öz vəhşiliyinə və qəddarlığına görə törətdikləri amansız qətliamın Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğuladı.

Sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zeyvəliyeva Tünzalənin çıxışı dinlənilib. O bildirib ki, Ermənistan terror üzərində qurulmuş dövlətdir, onun başında duran insanlar isə hərbi cinayətkarlardır. Beynəlxalq hüquq normalarına əsasən isə hərbi cinayətkarlar məhkəmə qarşısında cavab verməlidirlər.Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı məqsədilə törədilmiş soyqırımı hadisələri heç zaman unudulmayacaq və Azərbaycan əsgərinin şücaəti ilə ərazi bütövlüyümüz təmin olunacaqdır.

Tədbir Xocalı soyqırımı haqqında sənədli filmin nümayişi ilə başa çatıb.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN