• Cum. Mar 29th, 2024

“Ətraf mühiti və təbiəti sevək” mövzusunda müsabiqə elan olunur

Bydendrologiya.az

Şub 18, 2020

AMEA-nın Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ətraf mühiti və təbiəti sevək” mövzusunda elmi seminar, rəsm, fotoşəkillər və əl işlərindən ibarət müsabiqə elan olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyi ilə əlaqədar elan edilən müsabiqənin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsi, ekoloji tərbiyənin aşılanması sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinə cəlb olunmasıdır.

İştirakçılar əsərlərini ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 10 aprel 2020-ci ilə qədər elektron poçt ünvanına (dendro.amea75@gmail.com; arazli.tunzale@mail.ru) göndərməlidirlər.

Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və idea əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibləri fəxri diplomla bərabər aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

– I yer – 300 manat;

– II yer – 200 manat;

– III yer – 100 manat.

Müsabiqənin yekun sərgisi 16-17 aprel tarixlərində Dendrologiya İnstitutunda keçiriləcək.

Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89.

Tel.: (+994 12) 454 10 50, (+994 77) 300 31 73.