AMEA Dendrologiya İnstitutunda 20 yanvar hadisələrinin 30- cu ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilmişdir

slide
slide
slide
slide
slide
Prev
Next

17.01.2020- ci il tarixində AMEA Dendrologiya İnstitutunda 20 yanvar hadisələrinin 30-cu  ildönümünə  həsr olunmuş anım  tədbiri keçirilmişdir.

Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü Dendrologiya institutun direktoru, Tofiq Məmmədov  açaraq bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciə təkcə  Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. O, 20 yanvar gecəsində əliyalın xalqa qarşı törədilən terrorun  dəhşətli mənzərələrindən söhbət açaraq, 20 yanvar faciəsini hər il anmaq bizim hər birimizin vətəndaşlıq borcu olduğunu vurğuladı.

Sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsin müdiri, HİK-sədri Tünzalə Zeyvəliyeva  çıxışında 20 yanvar hadisələrinin təfərrüatlarından bəhs edərək, Azərbaycan səlnaməsinə yazılan bu qəhrəmanlıq tarixindən söz açdı. Həmin gecə  yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladıldığını, respublika televiziyası və radiosu verilişlərinin  tamamilə kəsildiyini kütləvi informasiya vasitələrinin fəaliyyətinin  dayandırıldığını, xalqın  informasiya almaq hüququndan məhrum edildiyini vurğuladı. Xalqımız bu faciənin artıq 30-cu ildönümünü qeyd etməyə hazırlaşır. Xalqımıza qarşı bu cür törədilən terror aktını, vəhşiliyi zaman zaman bütün dünyaya çatdırmaq üçün biz gənclər nəinki ölkəmizdə ölkəmizdən kənarda yerli və xarici mətbuat informasiya vasitələrində məqalələr dərc etməliyik ki, bu hadisəyə nəinki biz bütün dünya öz qiymətini versin.

 

Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN