Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı məqalə qəbulunu davam etdirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı növbəti ikinci nömrəsi üçün məqalə qəbulunu davam etdirir.

Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

— Kitabxana-informasiya elmi;

-Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, “Vikipediya”, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);

-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı, aşağıda qeyd olunan rubrikalara da yazılar qəbul edilir:

-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;

-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

-Digər ixtisaslar üçün kitabxana xəbərləri;

-Sahə üzrə yeni kitablar;

-Yerli və beynəlxalq tədbirlər təqvimi.

Ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN