Vitex aqnus-castus

Fitopeparatlar və bioloji aktiv maddələr aromatik və dərman bitkilərininin mənbələri kimi böyuk əhəmiyyətə malikdir. Belə preparatlara və efir yağlarına tələbat günu-gündən artır. Dərman vasitələrinin yeyinti sənayesindəki tələbatları ödəmək üçün aromatik bitkilərin becərilməsi və xam-mal bazasının genişləndirilməsi, eyni zamanda yeni bitki növlərinin becərilməsi və işlənilməsi vacib şərtlərdən biridir.Yeni bitki növlərinin inkişaf və biologiyasını öyrənmək , onların yığılması, xammalın hazırlanması, emalın artım xüsusiyyətlərini tədqiq etməyə imkan verir.
Belə perspektivli efiryağlı bitkilərdən biri Abşeronun iqlim şəraitində yaxşı becərilən, iqliminə uyğun gələn Viteks aqnus-castus — Adi ərgudədir. O eyni zamanda Azərbaycanın digər torpaq-iqlim şəraitində də böyüyür. Hal-hazırda bu bitkidən xiyaban, bağ və meydanlarda dekorativ olaraq becərilir.
Viteks aqnus –castus L – Adi ərgudə- Verbenaceae Jaume-Hil Minaçiçəyikimilər fəsiləsinin-Ərgudə cinsinə daxildir. Yarpaqlarını tökən, geniş çətirli 3m-ə qədər hündürlüyü olan agacdır. Budaqları və barmaqşəkilli yarpaqlarının alt tərəfi ağ tükcüklərlə örtülmüşdür. Bozumtul bənövşəyi rəngli, ətirli çiçəkləri budaqların uclarında sıx, salxım halında olur. Yarpaqları qarşı-qarşıya yerləşən 3-7 yarpaqcıqdan ibarət barmaqşəkilli mürəkkəb yarpaqdır. Boruşəkilli çiçəkyanlığı beş üzvlüdür. Kasaciq boruşəkilli olub, beşdişciklidir. Erkəkciyi dörd ədəd olub çiçək tacından xaricə çıxır. Çişək tacı açıq mavi rəngdədir və sıx çiçək qrupunda yerləşir. İyun ayından sentyabra kimi çiçəkləyir, çiçəkləyəndə olduqca gözəl görünür. Kiçik, kürəşəkilli, qaramtıl meyvələri əzildikdə istiot dadı verir. Tozlanma həşəratlar vasitəsilə gedir. Bitki çox güclü və xoş ətrə malikdir. Meyvələri oktyabr-noyabr aylarında yetişir. Bitkinin bütün hissələrində iridoidlər (aukubin, aqnozid), flavanoidlər (kastisin, izoviteksin, orientin, izoorientin), alkoloidlər, aşı maddələr, vitaminlər, mikroelementlər və efir yağları var .
Efiryağlılığını müəyyən etmək üçün analitik xammal kimi bitkinin əsas hissələrindən (çiçək oxu, çiçək və yarpaq) və gövdəsindən istifadə edilir. Bu tədqiqatlar bitkinin inkişaf fazasında öyrənilən xammalı xarakterizə etməyə , nümunə və tədqiqat materialını dəqiq müqayisə etməyə imkan verir. Analitik nümunə kimi qurudulmuş xammaldan ( gövdədən başqa) istifadə olunur.
Laboratoriya şəraitində efiryağlılığın müəyyənləşdirilməsi Klevendjerin hidrodistilyasiya üsulu ilə aparılır. Efir yağının əsas komponentlərinin çəki nisbəti xromatoqrafda qazoxromatoqrafiya üsulu ilə kapillyar sütun vasitəsilə müəyyən edilir.
Vegetasiya dövründə xammalın fraksiyalarla analizi göstərmişdir ki, əsas hissə yarpaqlara düşür (69,0%) ,kütləvi çiçəkləmə fazasında aşagı düşür(38,0%).
Yarpaqlarda efir yağının miqdarı kifayət qədər çoxdur və vegetasiya müddətində kütləvi çiçəkləmə fazasına qədər 0,73%-dək dəyişir. Vegetasiyanın çiçəkləmə döv-
ründə 34,0% təşkil edir,efir yağının miqdarı 0,8%-dən -0,23%-dək təşkil edir.Göv-
də (25,0-31,0%) xammalın əsas tərkib hissəsi gövdədən ibarətdir və efir yağı yoxdur. Ümumiyyətlə qeyd etmək olar ki,Adi ərgudənin böyumə fazasından çi-
çəkləmə fazasına qədər 0,67%-dən 0,30%-dək ,kütləvi çiçəkləmə mərhələsində isə birdən-birə 0,17%-dən aşağı enir. Xammalın yüksək məhsuldarlığı çiçəklə-
mənin başlanğıcında 0,30% müşahidə edilir.
Vegetasiyanın müxtəlif mərhələlərində yığılan efir yağının komponent tər-
kibinin analizi göstərmişdir ki, əsas komponent tərkibini terpen CH-lər; α-pinen,
sabinen , tsiklohermarken, β- karnofillen, β-farnezen və oksid; 1,8- cineol-dan ibarətdir.
Eyni zamanda Adi ərgudə (Vitex aqnus-çastus L) bitkisinin antimikrob xüsusiyyətləri araşdırılmışdır. Adi ərgudə bitkisinin toxum və yarpaqlarından əldə edilən efir yağından istifadə edərək Gr(-) Escherichia coli ATCC 25922, Gr(-) Pseudomonas aeruginosa ATCC 27853, Gr(+) Staphylococcus aureus ATCC 25923 və Gr(+) Mikrococcus luteus NSİMB 13267 bakteriya ştammlarından disk duffuziya yolu ilə həssaslıq öyrənilmişdir.
Nəticədə müəyyən olunmuşdur ki, xammalın yarpağından alınan yağ, toxu-
mundan alınan efir yağına görə daha çox yüksək təsirə malikdir. Ümumiyyətlə efir
yağının təsiri həm Gr(+), həm dəGr(-)bakteriyalar üzərində tədqiqatlar aparılmış-
dır. Belə müəyyən olmuşdur ki, Adi ərgudə bitkisinin yarpağında antimikrob xüsu-
siyyət yuksək faizdir.
Dünya əhalisinin 80%-i bitkilərdən alınan dərmanlardan istifadə edir.Aromatik bitkilərin çoxu məlum bir dozada mikrob öldürücü xüsusiyyətə malik olur. Bu efir yağlarının tərkibini əsas etibarilə terpenlərdən ibarət qarışıqlar təşkil edir. Bu bitki neçə illərdən bəri dərman kimi istifadə edilməkdədir. XX1 əsrdə süni dərmanların əlavə təsirlərini görərək, təbii vasitələrdən istifadə etməyə qərar ver-mişlər. Bitkilərin efir yağları uzun illərdən bəri müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Bu gün Müqəddəs Vitex, dünyada efir yağlı, qida, dərman və bəzək bitkisi kimi qiymətləndirilir, kosmetika, dərman, qida sənayesi,aromaterapiya və fitoterapiya sahəsində istifadə edilir.
Gözəl bal bitkisidir. Müalicə üçün bitkinin bütün yerüstü hissəsi istifadə olunur, ən qiymətli hissəsi isə meyvələridir,ətirli dada malikdirlər. Təəccüblü deyil ki, bunlar bir çox ölkələrin, xüsusilə də şərq ölkələrinin kulinariyasında istifadə olunur. Yarpaq və meyvələri ət yeməklərinə, şorbalara, kolbasalara, balıq konservlərinə, mürəbbələrə əlavə olunur. Vitex-in ətirli meyvələri tərkibində 0,5% -ə qədər efir yağı var, yarpaqlarda -38-118 mq vitamin C var. Qədim dövrlərdən bəri meyvələr qaraciyər və dalağın xroniki xəstəliklərində və ginekoloji xəstəliklərdə istifadə olunurdu. Meyvələrdə çox miqdarda alkaloid var Müasir onkoloji praktikada istifadə olunan dərman bitkiləri sırasındadır. Son zamanlarda farmakologiyada olan kəşflər və uğurlu terapevtik nəticələr bitkiyə diqqət və marağa səbəb oldu (məsələn, Parkinson xəstəliyinin müalicəsində). Əsasən kosmetika, dərman, qida sənayesi,aromaterapiya və fitoterapiya sahəsində istifadə edilir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN