AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi Dendrologiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirildi

slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
Prev
Next

 

08 noyabr 2019-ci il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi AMEA-nın Dendrologiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, AMEA-nın həqiqi üzvü İradə Hüseynova,AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Bölmənin elmi katibi a.e.ü.f.d. Afiq Məmmədov iştirak etdilər.
İclasda AMEA-nın Dendrologiya İnstitutunun 2019-cu ildəki elmi və elmi təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı dinlənildi. Məruzəçi AMEA-nın Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar AMEA-nın Dendrologiya İnstitutunda yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verdi. 2019-ci il üzrə 1 problem, 8 mövzu, 14 iş, 38 mərhələ üzrə aparılan elmi tədqiqat işləri və alınan nəticələr təqdim edildi. Tətbiq olunmuş elmi nəticələr, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında məlumat Elmi Şura üzvlərinin nəzərinə çatdırıldı.
Məruzəçi qeyd etdi ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənmişdir. 2019-ci ildə institutun beynəlxalq əlaqələri xeyli artmış, institut əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak etmişlər. O, tədbirdə institutun nəşriyyat fəaliyyətini qeyd edərək göstərdi ki, son ildə yüksək nüfuzlu impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı xeyli artmışdır.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədov İnstitutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd etdi.
Hesabatın nəticəsi olaraq 2019-ci ildə Azərbaycan dendroflorasının hərtərəfli monitorinqi aparılmış, 89 fəsilə, 5 y/f, 266 cinsə aid 1141 növ bitkinin təbii və mədəni şəraitdə yayılması təyin edilmişdir. Tədqiq olunan növlər APG III-IV sisteminə əsasən qruplaşdırılmış, yayılma arelları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiqi sahələri verilmişdir. Tədqiqatın nəticəsi olaraq, ilk dəfə Azərbaycan dendroflorasının beş cildlik kitabın, V-vi cildli çapdan çıxmışdır.
Dənizkənarı Milli Parkda müşahidələr aparılmış, 51 fəsilə, 78 cins və 97 növ dekorativ ağac, kol və ot bitkiləri aşkar edilmişdir. Herbariləri toplanılaraq taksonomik tərkibi təyin edilmiş, yaşıllaşdırmada dekorativ əlamətlərinə görə qruplaşdırılmışdır.
Pinus eldaica və Gleditsia caspia Desf.növləri üzərində aparılmışdır. Qüsurların yerini və ölçüsünü qiymətləndirmək məqsədilə, Rinntech (Heidelberg, Almaniya) tərəfindən hazırlanmış 2D görüntülü tomoqrafik avadanlıqdan (Arbotom®) istifadə edilmişdir. Bu cihaz vasitəsilə gövdəyə elektrik impulsları ötürülmüş və bitkidə gedən proseslərin ardıcıllığı və ziyanvurma dərəcəsi təyin edilmişdir. Bitkiyə illər üzrə təsir edən mühit amillərinin təsiri çürümə prosesinə səbəb olması müəyyənləşdirilməklə növün xəstəliyinə və inkişafına mane olan səbəblər aradan qaldırılmışdır.
Hesabat ətrafında çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələrini qənaətbəxş hesab etdilər.

Sonda institutun illik fəaliyyəti müsbət qiymətləndirilərəkillik hesabatın qəbul olunmasına dair qərar qəbul edildi.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN