“Azərbaycan Dendroflorası” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun “Azərbaycan Dendroflorası V” kitabı çapdan çıxıb.

“Azərbaycan Dendroflorası”kitabının V cildi, I-II-III-IV  cildlərin davamı olub, yerli və xarici floraya mənsub  15 fəsilə, 36 cins və 156 növlə təmsil olunmuşdur ki, onlardan  55,2%-i təbii, 44,8%-i mədəni floraya aid növlərdir.Tədqiqat işində Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş ekspedisiyalar zamanı bitkilərin təbii yayılma  arealları, növ tərkibi dəqiqləşdirilmiş, herbari və toxum materialları toplanılmışdır. Həmçinin verilən növlərin taksonomiyası, fəsilə, cins, növlər üzrə təyinedici açarları verilmişdir. APG III-IV sisteminə əsasən qruplaşdırılmış, ümumi yayılma arealları, botaniki təsviri, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilmişdir. Mədəni floramızda istifadə olunan müxtəlif dünya dendroflorasına mənsub introduksiya olunan bitki növləri, onların taksonomik tərkibi araşdırılmış və kitaba əlavə edilmişdir.

Çoxcildlikdə Azərbaycanın təbii florasında olan bitkilərlə yanaşı, introduksiya edilmiş bitkilərin bioekoloji xüsusiyyətləri və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə perspektivliyi haqdada məlumatlar verilmişdir. 

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN