“Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili ” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun əməkdsaşı “Dendroxronologiya laboratoriyası”nın müdiri, b.ü.f.d. Samirə Bağırovanın müəllifi olduğu Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili kitabı çapdan çıxıb.

Təqdim olunan kitab Abşeron şəraitində yayılan Myrtaceae Adans. fəsiləsinin Eucalyptus L’Herit. cinsinə aid növlərin botaniki-coğrafi və bioekoloji xüsusiyyətləri, introduksiya tarixi, aqrotexnikası, zərərverici və xəstəliktörədicilərinin tədqiqi, eləcə də onlara qarşı mübarizə üsullarının seçilməsi, perspektivliyinin qiymətləndirilməsi və dendroxronolo-giyasının öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin  nəticələrinə həsr olunmuşdur.  

Bundan əlavə kitabda evkalipt növlərinin Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun çoxaldılma üsulları, cücərtilərin morfologiyası, yerüstü və yeraltı orqanlarının böyümə və inkişaf dinamikası, fenoloji inkişaf fazaları, o cümlədən ekoloji mühit amillərinə qarşı davamlılığı, adaptasiya imkanları, dendroxronoloji təhlili yaşıllaşdırmada tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində səmərəli istifаdə imkаnlаrı haqda  ətraflı məlumat verilmişdir.

 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN