AMEA-nın prezidenti 2018-ci ildə Web of Science və Scopus elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrin müəyyənləşdirilməsi haqqında sərəncam imzalamışdır

AMEA-nın prezidenti 2018-ci ildə Web of Science və Scopus elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələrin müəyyənləşdirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən sözügedən elmi bazalarda indeksləşən jurnallarda dərc olunan hər bir məqaləyə görə onların müəlliflərinə 100 (yüz) manat məbləğində pul mükafatının verilməsi nəzərdə tutulmuşdur.   

Sərəncamda AMEA-nın elmi bölmələrinə tabeliklərində olan elmi müəssisələrin əməkdaşları tərəfindən 2018-ci ildə bu bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələrin siyahısının hazırlanması və iki həftə ərzində AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Elmi-analitik şöbəsinə təqdim olunması ilə bağlı tapşırıq verilmişdir.  

Qeyd edək ki, AMEA prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ildən etibarən AMEA alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda nəşr  olunan hər bir məqaləyə görə pul mükafatı verilir. 

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN