Çin fotiniyası

Çin fotiniyası Photinia serratifolia (lat. Photinia serratifolia) — gülçiçəyikimilər fəsiləsinin photinia cinsinə aid bitki növü.

Təbii yayılması
Bu növün Cənubi-Şərqi Asiyada, Çində yayılmış, təxminən 40 növü vardır.

Botaniki təsviri
Bu hündürlüyü 12 m-dək olan həmişəyaşıl ağac və ya koldur. Düz, budaqlı gövdəsi vardır. Dərili, oval, yarpaqları sadə, parlaq kənarları dişli, qısa saplaqlarda yerləşir. Yarpaqları al qırmızı, sonradan tünd yaşıl olur. Çiçəkləri kiçik, ağ, beş ləçəyi və erkəkcikləri hamar qalxanlarda və ya qısa süpürgələrdə, uc çiçək quruplarında yığılmışdır. Meyvəsi kiçik, tünd qırmızıdır. Toxumlarla, qələmlə və calaqla çoxalır. Uzunömürlüdür.

Ekologiyası
Ekologiyası Nəmişli topağı sevmir, istisevəndir, temperaturun -120C-dən aşağı enməsinə pis dözür, daha aşağı tempraturda donur. Məsuldar torpaqlarda yaхşı inkişaf еdir.

Azərbaycanda yayılması
Böyük Qafqazda, Talışda təbii halda yayılmışdır.

İstifadəsi
Yazda bol çiçəklənmə dövründə, payızda və qışda tünd yaşıllıq fonunda parlaq qırmızı meyvələrinə, yarpaqların rənginə və iri ağ çiçək qruplarına görə bütün mövsümlərdə çox dekorativdir. Tək-tək, qruplarda və canlı çəpərlərin tərtibatında istifadə еdilir.

Mənbə
Tofiq Məmmədov (botanik) «Azərbaycan Dendroflorası IV cild»
http://dendrologiya.az/?page_id=4996

Комментирование на данный момент запрещено, но Вы можете оставить ссылку на Ваш сайт.

Комментарии закрыты.

BN